Icma.az
close
up
RU
Kurtlar Vadisi yenidən gündəmdə Bu dəfə dava başqa məsələdir

Kurtlar Vadisi yenidən gündəmdə Bu dəfə dava başqa məsələdir

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məşhur aktyor Kenan Çoban son vaxtlar gündəmi zəbt edən şiddət mövzulu müzakirələrə münasibət bildirib. O, ekran işlərinin cəmiyyətə, xüsusən də gənclərə təsirindən danışaraq tənqidlərə kəskin cavab verib.
Demokrat.az xəbər verir ki, "Kurtlar Vadisi" serialında canlandırdığı "Abdülhey" obrazı ilə milyonların rəğbətini qazanan aktyor qatıldığı film qalalarından birində maraqlı fikirlər səsləndirib. Bir müddətdir İstanbuldan uzaqlaşaraq Çanakkaledə məskunlaşan Çoban bu seçimi ilə həyat keyfiyyətinin artdığını və daha təbii  mühitdə yaşadığını qeyd edib. Jurnalistlərin xüsusilə döyüş və şiddət səhnələri ilə zəngin olan serialların gənclərə mənfi örnək olması barədə suallarına aktyorun cavabı gecikməyib.
Kenan Çoban serialın şiddəti təşviq etməsi barədə iddiaların əsassız olduğunu vurğulayaraq deyib: "Çəkilişlər zamanı və ya sonrasında belə mənfi halların yaşandığını görmədik. Bizim real həyatımızda belə şeylərə yer yoxdur. Mən bir aktyoram, gündəlik həyatda silah gəzdirmirəm. Övladımı məktəbə göndərirəm və normal həyat yaşayıram".
Sosial medianın şüursuz istifadəsinin bu cür yanlış təsəvvürləri artırdığını deyən aktyor əsas məsuliyyətin valideynlərin üzərinə düşdüyünü xatırladıb. O bildirib ki, valideynlər övladlarının izlədiyi məzmunlara qarşı daha diqqətli olmalıdırlar. Öz uşağının da həmin seriallara baxdığını deyən Çoban günahı yalnız ekran işlərində axtarmağın doğru olmadığını ifadə edib.
Yəni, aktyor bildirir ki, ekranda gördüklərimiz sadəcə rejissorun beyin məhsuludur və real həyatda şiddətin artmasına görə yalnız kinonu günahlandırmaq olmaz, burada əsas rol ailə tərbiyəsi və düzgün nəzarətdir.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 May 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri