“Kurtlar Vadisi”nin “Ömər Baba”sı məhkəmədə
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, o, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində dindirilib.
Aktyor əvvəllər mətbuata müsahibəsində deyib ki, serialda prodüser dəyişikliyindən sonra süjet xətti də yenilənib və başqa formada yazılıb. “Ömər Baba”nın iddiasına görə, ssenariyə salınan bəzi məlumatlar kənardan əldə edilirmiş. İndi isə o, həmin fikirlərinə görə dindirilir.
Aktyor jurnalistlərə “Prokurorun verəcəyi suallar çərçivəsində ifadəmizi verəcəyik” deyib.
Qeyd edək ki, 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı Silivri Respublika Baş Prokurorluğunun apardığı istintaq qəsdən adam öldürmə, cinayət məqsədilə təşkilat yaratmaq və MİT qanununa zidd hərəkətlərlə bağlı ittihamlar üzrə davam edir.
İstintaq çərçivəsində tutulanların sayı 7-yə çatıb. Araşdırmada K.Kozinoğlunun ölümündə FETÖ izinin olub-olmadığı, həmçinin “Kurtlar Vadisi Pusu” serialında onunla bağlı məlumatların sızdırılıb-sızdırılmadığı araşdırılır.
Xatırladaq ki, "Kurtlar Vadisi Pusu" teleserialının ssenaristləri də "Kazinoğlu işi" çərçivəsində ifadə veriblər. Buna səbəb 10 noyabr 2011-ci ildə yayımlanan serialın 136-cı bölümündə "Kaşifoğlu" haqqında ölüm əmrinin verilməsidir. Həmin hissənin efirə getməsindən üç gün sonra Kozinoğlu həbsxanada ölüb.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 22 Sentyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















