Icma.az
close
up
RU
Kuryer: Heç kim bizi fikirləşmir Qarlı Bakıdan reportaj

Kuryer: Heç kim bizi fikirləşmir Qarlı Bakıdan reportaj

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Rəhman Mirzəlizadənin qarlı Bakıdan reportajını təqdim edir.

Bakının qar sevinci hərədə bir cür müşayiət olunur. Sevgililərinin əllərini isitməyə bəhanə tapan gənclər, əldə bir qədəh qırmızı şərab, yanında pendirlə şəkil çəkdirib qeyd edənlər - romantiklər. Böyük bir qisim isə bu sevinci mədə-qarın müstəvisində yaşayır - səhər saat 6-da araqla sarımsaqlı, sirkəli xaş, xingal, günortaya yaxın pivə ilə davam edən doyumlu bir sevinc!

Yağan qara ən çox kimlər sevindi?

Yağan qara ən saf və səmimi sevinənlərsə uşaqlardır. Həyətdən çıxıb işə tələsirəm. Beli çantalı məktəbli uşaqlar küləyin divarların küncünə, ağacların dibinə sovurduğu qarı əllərində yumrulayıb bir-birinə atırlar.

Bəzi şitəngi uşaqlar qarı qızların üzünə vurur. Heç yerdə qardan adam görmək mümkün deyil, çünki Bakıya yağan seyrək qarı adam etmək çətin məsələdir.

Yadıma gəlir, uşaq vaxtı ən böyük istəyimiz düzəltdiyimiz qardan adama burun düzəltməyə kök tapmaq idi. Qəribədir ki, heç vaxt da kök tapılmırdı. Çınqıl, ya ağac parçası tapıb qardan adamımızı "inandırırdıq" ki, bu, sənin burnundur.

Əlcəyimiz olmayanda isə əlimizə corab geyinib oynayırdıq. Sonra da donan əllərimizi qaz peçində isidəndə sızıltısından zarıyırdıq.

Lakin siz belə nostalgiya dolu romantik söhbətlərə fikir verməyin. Bəri durun, Bakıya yağan qarın əsl üzündən danışaq - şaxta kimi adamı kəsən reallıqdan.

Suyu donduran şaxta qar sevincini yaşamağa qoymadı

Qonşumuz su çəninin altında ocaq yandırıb ki, donmuş su açılsın. Amma külək heç ocağı da düz-əməlli yanmağa qoymur. Səhərin gözü açılmamış insanlar "1001 xırdavat"lara axışır - donub qırılmış su kranlarını, borularını təmir etmək üçün. Hamı əlində qaynar çaydanla su borularının donunu açmağa çalışır.

Qonşumuz Məhəmməd kişi (məhəllədə hamı ona "Mamed" deyir) məni görən kimi özünəməxsus yüksək səslə deyir:

- Yaz da, yaz, jurnalist adamsan, yaz ki, niyə bir az qar yağan kimi hər yer donur, vərəzan günə qalırıq?

- Baş üstə - deyib dayanacağa gedirəm. Əvvəl 10 dəqiqə intervalla gələn avtobusları indi 20 dəqiqədən artıq gözləməli oluruq.

Qarlı havalarda küçə heyvanları nə edir?

Belə havalarda küçə heyvanları da çox acınacaqlı vəziyyətdə olurlar. Küçə pişikləri qızınmaq üçün girib maşınların mühərriklərində yatırlar. Səhərlər sürücülər maşını işə salanda isə mühərrikin pəri onları parça-parça edir. Yaxşı olar ki, sürücülər mühərriki işə salmazdan əvvəl orada heyvan olub-olmadığını yoxlasınlar.

Qarda ən çox əziyyət çəkənlər həm də kuryerlərdir.

Ali Məhkəmənin yaxınlığındayam. Bir kuryer velosipedini saxlayıb qar çovğununun dinməsini gözləyir. Məndən siqaretini yandırmağımı xahiş edir:

- Əslində, özümdə alışqan var, barmaqlarım donub, alışqanı tutmur ki, yandıram. Qar gözlərimi deşir, yolu görmürəm. Necə gedəcəm, bilmirəm.

- Ən yaxşısı ara küçələrlə getməkdir...

- Onda da gecikirəm də. Bayaq zülmlə aparıb yeməyi təhvil vermişəm, şikayət edib ki, yemək soyuqdur. Heç kim bizi fikirləşmir.

Kuryer siqaretini ala-yarımçıq çəkib yoluna davam etməyə çalışır. Bu qədər əziyyət çəkən insanları görəndə qarı nə qədər sevsəm də, bəzən yağmasını istəmirəm.

Nəhayət, "APA GROUP"-a çatıram. Fotoqrafımız İlkinlə qarşılaşıram.

- Uşaqlar binanın həyətində qartopu oynayır. Çıxıram onları çəkəm.

- Gözlə, mən də gəlirəm, bəlkə, reportaj yazdım.

Uşaqlar binanın həyətində qardan adam düzəldirlər

- Kaş qartopu oynayardılar, qəşəng kadrlar çıxardı.

- Gözlə, oynayacaqlar indi - deyib həyətin ortasında uşaqları səsləyirəm:

- Uşaqlar, zəhmət olmasa, hamınız bura gəlin.

Əllərimi yana açıb müqəvva kimi dayanıram:

- İndi hamınız qartopu düzəldib mənə vurun, görək kim yaxşı nişan ala biləcək?

Uşaqlar sevincək qaçıb hərəsi bir qartopu düzəldirlər. Amma vurmaqda tərəddüd edirlər.

- Çəkinməyin, hə, vurun, görək.

Ən cəsarətlisi balaca qızcığaz olur. Əllərinə böyük olan əlcəkləriylə ilk qartopunu o atır mənə. Ardınca hamısı bir-bir qar atəşinə tutmağa başlayır. Onları bu qədər sevincək görmək məni xoşbəxt edir.

...O qədər əziyyət çəkən insanların fonunda uşaqların bu xoşbəxtliyini görəndə məndə bir dilemma yaranır; qarın yağmasını istəyirəm, ya yox?

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Amerika Prodüserlər Gildiyası Mükafatları - Siyahı Alimlər Da Vinçinin əsərlərindəki gizli riyaziyyatı kəşf etdilər DokuBaku festivalının yeni proqramı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Fevral 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri