Icma.az
close
up
RU
Kuzey Kıbrıs Türk Cümhuriyyətində müstəqillik bayramı FOTOLAR

Kuzey Kıbrıs Türk Cümhuriyyətində müstəqillik bayramı FOTOLAR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artıq 41 ildir ki, 15 noyabr günü Kuzey Kıbrıs Türk Cümhuriyətində (KKTC) Mulli müstəqilkik günü kimi qeyd olunur.

Modern.az xəbər verir ki, Milli Məclis üzvləri Cavanşir Feyziyev və Tural gəncəliyev KKTC quruluşunun 41- ci ildönümü münasibəti ilə təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün Kiprdə səfərdə olublar.

14 noyabr tarixində KKTC Prezidenti cənab Ersin Tatar Azərbaycan millət vəkillərini qəbul edib. Bayram tədbirlərində iştirak etmək üçün ölkəyə gəlmiş millət vəkillərini öz iqamətgahında salamlayan cənab Tatar KKTC- nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsi zamanı göstərdiyi dəstəyə və sonrakı dövrdə TDT- nın bütün tədbirlərinə qatılmaq üçün aldığı dəvətlərə görə bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığnı dilə gətirib. Ölkə başçısı Kipr türkləri üçün belə bir tarixi gündə bayram tədbirlərinə qatıldıqları üçün Azərbaycan millət vəkillərinə təşəkkürlərini ifadə edib. Azərbaycan -KKTC Parlamentlər arası İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev Milli Məclisin sədri Sahibə xanım Qafarovanın salamlarını və təbriklərini ölkə başçısına çatdırıb, Kipr Türk xalqını Müstəqillik günü münasibətilə təbrik edib.
Azərbaycan millət vəkillərinin növbəti görüşü elə həmin gün Kıbrıs Türk Cümhuriyyəti Məclisində baş tutub. Cumhur Məclisi başkanı cənab Ziya Öztürkler Azərbaycan nümayəndə heyətini salamlayaraq Müstəqillik günü ərəfəsində belə bir səfərin baş tutmasından məmnunluğunu bildirib. Deputatlar C. Feyziyev və T. Gəncəliyev Cumhur Məclisi başkanı Ziya Öztürkleri yeni Məclis başkanı seçilməsi münasibətilə təbrik edib və Müstəqillik günü münasibətilə Kıbrıs türk xalqına təbriklərini səsləndiriblər. Parlamentlər arası əlaqələrin inkişafına xüsusi önəm verdiyinə görə Məclis başkanına minnətdarlıq bildiriblər.

Daha sonra Azərbaycan millət vəkillərini KKTC- nin Baş naziri cənab Ünal Üstel və KKTC Xarici İşlər naziri cənab Tehsin Ertuğruloğlu qəbul edib. Görüşlərdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. KKTC Xarici İşlər naziri cənab Ertuğruloğlu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla görüşlərini məmnunluqla xatırladaraq Azərbaycan, Türkiyə və KKTC arasındakı münasibətləri “ Bir millət, üç dövlət” münasibətləri kimi dəyərləndirib.

14 noyabr günü axşam saatlarında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Məclis başkanı müstəqilliyin 41- ci ildönümü münasibətilə ölkəyə gəlmiş xarici nümayəndə heyətlərinin şərəfinə təntənəli ziyafət verib.

15 noyabr günü çoxsaylı tədbirlərlə yadda qalıb. Deputatlarımız səhər tezdən Cümhuriyyət qurucularının abidəsi önünə əklil qoyulması tədbirində iştirak ediblər. Bayram təntənələri şəhərin mərkəzi meydanında parad keçidləri ilə davam etdirilib. Daha sonra millət vəkilləri F-16 qırıcılarının iştirakı ilə keçirilən, ölkə başçısının və ictimaiyyətin də qatıldığı hava şousuna tamaşa ediblər.

15 noyabr axşamı millət vəkillərimiz Müstəqillik günü münasibətilə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti cənab Ersin Tatar tərəfindən verilən rəsmi ziyarətə qatılblar. Rəsmi ziyafətdə Azərbaycan millət vəkilləri Türkiyə Cümhuriyyətinin vitse-prezidenti cənab Cevdet Yılmazla görüşüblər.

16 noyabr tarixində Azərbaycan nümayəndə heyətləri üçün təşkil olunmuş mədəni proqram çərçivəsində deputatlar Kipr Türk Cümhuriyyətinin tarixi-mədəni irsi ilə tanış olublar.

17 noyabrda Azərbaycan Milli Məclis üzvlərinin Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfəri başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see201

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see175

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see163

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see139

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see129

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see127

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see118

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri