Kvaratsxeliyadan "Qızıl top" şərhi
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
PSJ-nin vingeri Xviça Kvaratsxeliya 2026-cı il “Qızıl top” mükafatına namizədlər siyahısına düşməsini şərh edib.
QOL.az xəbər verir ki, gürcüstanlı futbolçu 30 namizəd arasında yer almasına münasibət bildirib.
“Görək, həyat mənim üçün nə hazırlayıb, mən hər şeyə hazıram. Dünya çempionatında oynamadan “Qızıl top”u qazanmaq? Düşünürəm ki, bu, məndən deyil, qərar verənlərdən asılıdır. Qələbə uğrunda mübarizədə iştirak etmək xoşdur, həyatda olduğu kimi futbolda da mən hər şeyə inanıram. Mişel Platini və Toni Kroos kimi futbolçular və əfsanələr mənim bu mükafata layiq olduğumu deməsi... Bu əsl zövqdür! Hətta dünyada bunu düşünən yalnız bir nəfər olsa belə, kiminsə sənin nəyəsə layiq olduğunu düşünməsi xoşdur. Bu, işimi düzgün gördüyüm anlamına gəlir, eyni ruhda davam etmək istəyirəm”, - deyə Kvaratsxeliya “L’Équipe”ə açıqlamasında bildirib.
Qeyd edək ki, 2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Bu, tarixdə 70-ci yubiley mərasimi olacaq. Qalib FİFA reytinqində ilk 100-lükdə yer alan ölkələrdən 100 jurnalistin səsverməsi ilə müəyyənləşəcək.
Mükafatın son sahibi Fransa millisinin hücumçusu Usman Dembeledir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 Sentyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















