Icma.az
close
up
RU
La Liqa komandasının yüksək tempi saxlaması... Füzuli Məmmədov

La Liqa komandasının yüksək tempi saxlaması... Füzuli Məmmədov

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Atletik"in sürətli, yüksək tempi saxlamağı bacaran, ikinci və üçüncü zonada pressinq edən komanda olduğunu matçdan öncə də vurğulamışdım".

Bunu Fanat.Az-a açıqlamasında tanınmış futbol mütəxəssisi, "Neftçi"nin və 17 yaşadək Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədov deyib.

O, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində baş tutan "Atletik" - "Qarabağ" matçını (3:1) dəyərləndirib: 

"İspaniya komandası oyuna 4-2-3-1 düzümü ilə başlamışdı. Komandamız ilk dəqiqədə yaxaladığı fürsətdən əla faydalanaraq hesabı açdı. Qoldan sonra gözlənildiyi kimi, dominant futbol sərgiləyən meydan sahibləri təmsilçimizi birinci zonaya sıxışdırdılar. Rəqib topu sağa-sola gəzdirir, hər iki "qanad"dan, xüsusilə Niko Uilyamsın yer aldığı sol cinahdan təhlükəli hücumlar qurur, ən kiçik boşluqdan ustalıqla faydalanırdı. "Atletik"in texnikalı futbolçuları çox dar ərazidə belə, topla əla rəftar edir, müdafiə xəttimizi təzyiq altında saxlayırdılar. Onlar hesabı bərabərləşdirənə qədər də bir neçə real fürsət yaxalamışdılar. Əks-hücumlar qurmağımıza dərhal pressinq tətbiq edərək imkan vermirdilər. İkinci hissədə də eyni ssenari izlədik. La Liqa komandasının yüksək tempi saxlaması bəzi futbolçularımızın yorulması ilə nəticələndi ki, bu da təbii haldır. Onlar La Liqada çıxdıqları hər oyunda belə temp görürlərsə, "Qarabağ" yalnız Avropa səhnəsində bu cür matçlara çıxır. Təxminən 70-ci dəqiqədə "Atletik"in baş məşqçisi Ernesto Valverde düzümü dəyişərək 4-4-2-yə keçdi. "Basklar"ın ifasında yenə kəsərli həmlələr, ara ötürmələri izlədik. Əzmkarlıqla müdafiə olunan komandamızı məğlubiyyətə görə qınamaq absurddur. Rəqib ikinci qolu vurandan sonra "Qarabağ" riskli oynamağa başladı. Hiss olunurdu ki, Azərbaycan təmsilçisi yenilgi ilə barışmaq niyyətində deyil. Təəssüf ki, müdafiədəki riskli oyunumuz üçüncü qolu buraxmağımızla nəticələndi. Futbolda həmişə qalib gəlmək anlayışı yoxdur. Bu yenilginin dünyanın sonu kimi qəbul etmək olmaz. "Qarabağ"a Çempionlar Liqasındakı növbəti oyunlarda uğurlar arzulayıram və inanıram ki, komandamız qarşıdakı matçlarda uğur qazana bilər".

Nihat   

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://fanat.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see273

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see254

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see242

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see228

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see220

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see203

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see203

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see198

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see185

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see179

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see174

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see164

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see163

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see150

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see148

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see147

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see144

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri