La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
Icma.az, Qol.az saytına istinadən bildirir.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən La Liqada ən yaxşı çalışdırıcı adına layiq görülüb.
QOL.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb. Almaniyalı mütəxəssis bu nüfuzlu mükafata ardıcıl ikinci dəfə sahib çıxıb.
O, səsvermədə "Xetafe"nin çalışdırıcısı Xose Bordalas və "Vilyarreal"ın baş məşqçisi Marselino Toralı qabaqlayıb.
Qeyd edək ki, Hans-Diter Flikin rəhbərliyi altında Kataloniya klubu 38 tur ərzində 94 xal toplayaraq İspaniya çempionluğu titulunu yenidən qazanıb. Başa çatan çempionatda "Barselona" cəmi 6 matçda məğlubiyyətlə üzləşib. Bundan başqa, komanda mövsüm ərzində rəqib qapılarından 95 top keçirərək turnirin ən məhsuldar kollektivi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 03 İyun 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















