Icma.az
close
up
RU
“Labirint”in sirri nədir? Fazil Mustafadan fərqli baxış

“Labirint”in sirri nədir? Fazil Mustafadan fərqli baxış

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ədəbiyyatında elə yazarlar var ki, onları yazdığı əsərlərlə birgə, düşüncə tərzi, dünyaya baxışı və milli yaddaşa münasibəti ilə dəyərləndirmək lazım gəlir.

İmamverdi İsmayılov da bu qəbildən olan qələm adamlarındandır. O, mütaliəyə ciddi zaman ayırmaqla yanaşı, milli-mənəvi irsimizə, yeni çağırışlara da yaxşı bələddir. Onun hər yazısında süjet və hadisədən daha qabarıq geniş dünyagörüşünün yaratdığı düşüncə qatları görünür.

İmamverdi İsmayılovun yaradıcılığında diqqətimi ən çox çəkən cəhətlərdən biri dil məsələsidir. Onun dili süni bədii effektlər üzərində qurulmur. Bu dilin içində xalq yaddaşı, kənd həyatının təbii axarı, folklor düşüncəsinin izləri, qədim etnoqrafik qatların ruhu yaşayır. Yazdıqları adamı hadisənin içinə də, yaddaşın dərinliyinə də aparır. Çağdaş insanın sürətlə unutduğu bir çox mənəvi detalları o, sanki mətnlərində yenidən dirildir. Pepperoni pizza

“Labirint” povesti də bu baxımdan maraqlı və düşündürücü əsərlərdən biridir. Burada sadəcə bir insan taleyi, yaxud ölüm faktı təsvir olunmur; əsərdə insanın öz iç dünyasında itməsi, həyatın görünən və görünməyən qatları arasında dolaşması, vicdanla yaddaşın toqquşması kimi məqamlar ön plana çıxır. Əslində, insanın özündən qaça bilməməsi məsələsi əsərin əsas fəlsəfi xəttinə çevrilir. Çağdaş dövrdə texnologiyanın, informasiya gurultusunun və siyasi gündəmin içində insanın özü ilə münasibəti ən böyük problemlərdən birinə çevrilib. İmamverdi İsmayılov bu məqamı sakit, emosional hayqırtıya varmadan, amma dərin psixoloji müşahidələrlə təqdim edə bilir.

Onun yaradıcılığında etnoyaddaş xüsusi yer tutur. Bu, keçmişə romantik nostalji kimi görünmür, əksinə, milli kimliyin qorunması məsələsi kimi ortaya çıxır. Çünki yaddaşını itirən toplum zamanla mənəvi yönünü də itirir. İmamverdi müəllimin mətnlərində xalqın danışıq ritmi, davranış kodları, inanc dünyası və yaşam fəlsəfəsi öz təbii axarında görünür. Bu da onun əsərlərini yalnız bədii mətn olmaqdan çıxarıb, bir mədəniyyət hadisəsi kimi oxumağa imkan verir.

Bugünkü Azərbaycan ədəbiyyatında çox yazanlar var, amma az sayda müəllif oxucunu düşündürə, onu öz daxilinə qaytara bilir. İmamverdi İsmayılovun fərqi də, məncə, bundadır. O, oxucunu sadəcə hadisə ilə qarşılaşdırmır, onu öz vicdanı, yaddaşı və mənəvi labirinti ilə üz-üzə qoyur. Həqiqi ədəbiyyatın əsas missiyası elə bu deyilmi?..

Fazil Mustafa

Millət vəkili


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 May 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri