Icma.az
close
up
RU
Laboratoriyada istehsal olunan qidalar bazara çıxarılır

Laboratoriyada istehsal olunan qidalar bazara çıxarılır

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Böyük Britaniyada laboratoriyada istehsal olunan ət, süd və şəkər gözləniləndən çox yaxın müddətdə - iki il ərzində ilk dəfə insan istehlakı üçün satışa çıxarıla bilər. Qida Standartları Agentliyi (FSA) laboratoriyada hazırlanmış qidalar üçün təsdiq prosesini sürətləndirməyi nəzərdən keçirir. Bu məhsullar yığcam kimya fabriklərində hüceyrələrdən hazırlanır. Ölkə.Az xarici mediaya istinadla xəbər verir ki, Britaniya şirkətləri elmin bu sahəsində liderdir. Lakin onlar hesab edirlər ki, inkişaf prosesi mövcud tənzimləyici standartlar tərəfindən geri çəkilir.

Keçən ay İngiltərədə fabrikdə yetişdirilən ətdən hazırlanan it yemi ilk dəfə satışa çıxarılıb. 2020-ci ildə Sinqapur insan istehlakı üçün hüceyrədə yetişdirilən ətin satışına icazə verən ilk ölkə oldu, ardınca üç il sonra ABŞ və keçən il İsrail gəldi. Bununla belə, İtaliya, ABŞ-ın Alabama və Florida ştatları bu süni qidalara qadağalar tətbiq edib.

FSA yüksək texnologiyalı qida şirkətlərinin mütəxəssisləri və akademik tədqiqatçılarla işləyərək yeni qaydalar hazırlamağa hazırlaşır. Agentlik başladığı iki illik proses ərzində laboratoriyada yetişdirilən iki məhsulun tam təhlükəsiz qiymətləndirməsini tamamlamaq niyyətində olduğunu bildirib. Amma tənqidçilər deyirlər ki, firmaların yeni qaydaların hazırlanmasında iştirakı maraqların toqquşmasıdır.

Təşəbbüs Britaniya şirkətlərinin xaricdəki rəqiblərinə uduzmaqdan qorxduqları zamana təsadüf edir, amma burada icazə prosesi yarıya qədər uzanır.

FSA-nın baş elmi işçisi, professor Robin Mey hesab edir ki, istehlakçıların təhlükəsizliyinə xələl gəlməyəcək. O deyib: “Biz onlara fayda verən, eyni zamanda, bu məhsulların mümkün qədər təhlükəsiz olmasını təmin edən tənzimləyici çərçivə hazırlamaq üçün əlaqədar şirkətlərlə və elmi qruplarla çox sıx işləyirik”.

Laboratoriya şəraitində hazırlanan qidalar kiçik hüceyrələrdən yetişdirilən bitki və ya heyvan toxumalarıdır. Bəzən bu, qidaların xüsusiyyətlərini dəyişdirmək üçün gen redaktəsini ehtiva edə bilər. İddia edilən faydalar onların ətraf mühit üçün nisbətən yaxşı və potensial olaraq daha sağlam olmasıdır.

Hökumət laboratoriya şəraitində hazırlanan qidalar istehsal edən şirkətlərin inkişafında maraqlıdır, çünki onların əlavə iş yerləri və iqtisadi artım yaradacağına ümid edir.//Azərtac

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Mart 2025 05:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri