“Laçın” İstirahət Kompleksinə qaz xətinin çəkilişinə görə ağaclar məhv edilib
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, “Laçın” İstirahət Kompleksinə qaz xətinin çəkilişi ilə bağlı işlərin icrası məqsədilə ekskavator qazıntı işləri apararkən məlum olub ki, xəttin keçdiyi ərazidə ağaclar var. Ekskavator sürücüsünə göstəriş verilib ki, layihəyə uyğun olaraq, işini davam etdirsin. Nəticədə 35 akasiya, 4 tut ağacı olmaqla, ümumilikdə 39 ağac ya kökündən çıxarılıb, ya da boğaz hissəsindən qırılıb.
Qeyd edək ki, “Laçın” İstirahət Kompleksinə qaz boru xətti “Azəriqaz”ın sifarişi əsasında “Enermus” QSC tərəfindən çəkilib.
Ağacların növü, sayı və s. əsasında hesablama aparılaraq, 39 ağacın məhv edilməsi nəticəsində 7980 manay ziyan vurulduğu müəyyənləşdirilib.
“Enermus” QSC-nin sahə rəisi buna görə cəzalandırılıb. Ona qarşı Cinayət Məcəlləsinin 259.1 (qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs ziyanı ödəyib. Ona aylıq qazancından 20 faiz pul dövlət nəfinə tutulmaqla, 2 il islah işləri cəzası verilib.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 07 Yanvar 2026 01:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















