Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Maskın raketi suya düşərək partladı Video

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

Laçın sammiti: QARDAŞLIĞIN GÜCÜ TƏHLİL

Laçın sammiti: QARDAŞLIĞIN GÜCÜ TƏHLİL

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin işğaldan azad edilmiş Laçın şəhərində dövlətlərimizin birliyini və həmrəyliyini nümayiş etdirən Zirvə görüşünün məhz Azərbaycan xalqının öz Müstəqillik Gününü qeyd etdiyi bir gündə, mayın 28-də, xalqımız üçün əlamətdar olan gündə keçirilməsinin rəmzi mənası çox böyükdür. Bu, ilk növbədə qardaşlığın gücü, qardaşlıq rəmzi olaraq başa düşülür.

Gücümüzün birlikdə, həmrəylikdə, qardaşlıqda olduğu mesajı verilib

Bütün dünya ictimaiyyətinə də çox yaxşı bəllidir ki, Azərbaycan, Türkiyə və Pakistan bir-biri ilə sıx bağlı dövlətlərdir. Çox yaxşı bəllidir ki, üçtərəfli əlaqələr iqtisadi, hərbi və humanitar sahələrdə fəal şəkildə inkişaf edir. Sirr də deyil ki, ölkələrimiz həm regional, həm də beynəlxalq siyasət məsələlərində bir-birlərini dəstəkləyirlər. Təsadüfi deyil ki, bu dəstək, məhz dövlət başçılarının Laçında keçirilən sammitdəki çıxışlarında da öz əksini tapmış oldu.

“Azərbaycan, Türkiyə və Pakistan - üç qardaş ölkə əməkdaşlığı ildən-ilə möhkəmlənir. Biz hər zaman bir-birimizin yanındayıq, həm xoşbəxt, həm də çətin gündə həmrəylik nümayiş etdiririk, dəstək veririk. Strateji əməkdaşlığımız bu gün keçirilən ikinci üçtərəfli Zirvə görüşündə bir daha təsdiqləndi”, deyə Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışında bildirməsi qeyd olunanları bir daha təsdiqləyir. Xüsusilə də, 44 günlük müharibədə Türkiyə və Pakistanın Azərbaycana siyasi və mənəvi dəstək verdiyini qeyd edən ölkə rəhbərimiz rəsmi Bakının mesajını vermiş oldu. Bu mesaj hər üç ölkənin gücünün onların birliyində olduğunu bir daha xatırladır. “Türkiyə və Pakistanın dəstəyi bizi ruhlandırdı, bizə əlavə güc verdi. Biz bu böyük siyasi və mənəvi dəstəyə görə qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara hər zaman minnətdarıq”, deyə bəyan edən Azərbaycan Prezidenti bizim gücümüzün birlikdə, həmrəylikdə, qardaşlıqda olduğunu hər kəsə çatdırıb.

“Azərbayca Ermənistanın hücumuna məruz qalıb. Türkiyə və Pakistan möhkəm qaya kimi Azərbaycanın tərəfində dayanıblar. Hindistan Pakistana hücum edib, əziz qardaşım Prezident Ərdoğan, Pakistandakı qardaşlarımız və əziz qardaşım İlham Əliyev, eləcə də Azərbaycandakı bacı və qardaşlarımız mümkün olan ən qısa zamanda Pakistanla tam həmrəy olduqlarını nümayiş etdirdilər”, deyə öz növbəsində Pakistanın baş naziri çıxışı zamanı xatırlatmasını təsadüfi olaraq etməyib. O, məhz Qarabağ, Kəşmir və Şimali Kipr məsələlərində Ankara, Bakı və İslamabadın siyasi xəttlərindəki mühüm yaxınlıqlara diqqət çəkib və bu məqam özü qardaşlığın gücünün təzahürü olaraq diqqətə çatdırılır.

Üç ölkənin qardaşlığının gücü, birliyi dayanıqlı platforma olaraq qəbul edilir

Bildiyimiz kimi, yeni dünya düzəninin çətin şəraitində istənilən xarici çağırışlara cavab vermək ən önəmli hesab olunur. Məhz bu baxımdan da, həmin çağırışlara cavab verilməsi üçün üç dövlətin, üç qardaş ölkənin çoxşaxəli əməkdaşlığı ümumi maraqlara və gələcəyə hesablanıb. Bunu, bu məqamı bütün dünya ictimaiyyəti çox yaxşı başa düşür. Əslində, sözügedən sammit və həmin zirvə görüşündə üç qardaş ölkənin rəhbərlərinin, liderlərinin bir yerdə olması çox ciddi mesajdır. Bu mesaj qardaşlığın gücünü ifadə edir. Çünki hər kəs başa düşür ki, Laçın sammiti və həmin sammitdə ifadə olunan mövqelər üç dövlətin birliyinin, möhkəmliyinin bir növ, daha bir təsdiqi sayılır.

Sözsüz ki, həmin sammit eyni zamanda, üçtərəfli əməkdaşlığın yeni konturlarını da müəyyənləşdirmiş oldu. Artıq hər kəsin müşahidə etdiyi format dayanıqlı platforma olaraq qəbul edilməkdədir. “Ölkələrimizin strateji mövqeyi və dinamik iqtisadi potensialı qarşılıqlı fayda üçün geniş imkanlar yaradır. İnanırıq ki, birgə layihə və proqramlar sayəsində siyasi, iqtisadi, enerji sahələrində, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq daha da sürətlə inkişaf edəcək”, deyə cənab Prezident İlham Əliyevin bəyan etməsi məhz həmin dayanıqlığın, həmin platformanın möhkəmliyinin təsdiqidir. Bəli, üç ölkənin qardaşlığının gücü, birliyi dayanıqlı platforma olaraq qəbul edilir.

Müşahidə edilən birlik bizim qardaşlığımızın gücünün təzahürüdür...

Zirvə görüşünün məhz 2021-ci ildə tikintisinə başlanan və ağır dağlıq şəraitdə aparılan, zəhmət tələb edən qazıntı və mühəndislik işləri tələb edən Laçın Beynəlxalq Hava Limanının açılışı ilə eyni vaxtda olması heç də təsadüfi sayıla bilməz. Bu, ilk növbədə onu göstərir ki, qardaş ölkələr Azərbaycanın dövlət strategiyasının bu prioritet istiqamətinə də böyük dəstək verirlər. “Biz bu layihələrin Azərbaycanda həyata keçirilməsinə verdiyimiz töhfə ilə fəxr edirik və Azərbaycanın bölgələrinin bərpasında iştirak edən hər kəsə təşəkkür edirəm”, deyə Türkiyə Prezidentinin bildirməsi çox ciddi mesajdır və qardaşlığın gücünün ifadəsidir.

Bütün dünya ictimaiyyəti etiraf edir ki, Türkiyə-Azərbaycan-Pakistan münasibətləri digərlərindən səmimiyyət və qardaşlıq baxımından seçilir və çox fərqlənir. Ölkələrimiz bir-birlərinin uğurları ilə fəxr edirlər, qürur duyurlar. Üç dövlət başçısının bir-birinə daim “Qardaş” deyə müraciət etməsi arada olan səmimiyyəti təsdiq etdiyi kimi, uğurları və qələbələri bir yerdə qeyd etmələri də qürur hissini isbatlayır.

Görünən odur ki, hər üç qardaş ölkənin nüfuzu qlobal müstəvidə getdikcə artmaqdadır. Özü də dinamik şəkildə artmaqdadır. Hər üç ölkənin geosiyasi əhəmiyyəti də bütün dünyada qəbul edilməkdədir. “Güc birlikdədir”, zərb məsələində qeyd olunduğu kimi ölkələrimizin, Azərbaycan, Türkiyə və Pakistan olmaqla, hər üç ölkənin qüdrəti məhz birliyin sayəsində bu həddədir. Dəfələrlə qardaşlığımız və birlikdə güclü olmağımız barədə bütün dünyaya mesajlar verilib. Bu dəfə də məhz Laçın sammitində, işğaldan azad olunan torpaqlarımızda hər kəsin müşahidə etdiyi birlik bizim qardaşlığımızın gücünün təzahürüdür...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri