Icma.az
close
up
RU
Hindistan kinosunun klassikası “Cəsur ürək gəlini aparar” nümayiş olunub

Hindistan kinosunun klassikası “Cəsur ürək gəlini aparar” nümayiş olunub

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Hindistanın Azərbaycandakı Səfirliyi “Baku Evenings” adlı populyar mədəniyyət silsiləsi çərçivəsində, “Bharat Filmotsav” proqramı daxilində Hindistan kinosunun bütün zamanların ən sevilən filmlərindən biri olan “Cəsur ürək gəlini aparar" (Dilwale Dulhania Le Jayenge - DDLJ) filminin nümayişini təşkil edib. 

525.az xəbər verir ku, nümayişdə Hindistan kinosunun ən möhtəşəm ekran əsərlərindən birini yenidən izləmək üçün bir araya gələn çoxsaylı azərbaycanlı tamaşaçılar iştirak ediblər.

Tədbirə böyük maraq göstərilməsindən məmnunluğunu ifadə edən Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar müxtəlif nəsillərdən və dünyanın müxtəlif guşələrindən milyonlarla insanın qəlbini fəth etmiş DDLJ filminin müstəsna irsindən danışıb. O qeyd edib ki, 1995-ci ildə ekranlara çıxan film Hindistan kinosunda romantika janrına yeni nəfəs gətirib və 2014-cü ilin dekabrında Mumbayın məşhur "Maratha Mandir" kinoteatrında ardıcıl 1000 həftə nümayiş olunmaqla misilsiz kino tarixinə imza atıb. 

Səfir DDLJ-ni sadəcə romantik film deyil, sevgi, ailə dəyərləri, ənənələr və fərdi arzuları ustalıqla bir araya gətirən zamansız bir əsər kimi səciyyələndirib. O, filmin uzunömürlü populyarlığının dostluq, böyüklərə hörmət, müasir arzularla ənənəvi dəyərlər arasında tarazlıq kimi universal mövzulardan qaynaqlandığını vurğulayıb. Səfir, həmçinin “Bharat Filmotsav” və “Baku Evenings” təşəbbüsləri vasitəsilə Hindistan kinosunun zənginliyini və rəngarəngliyini nümayiş etdirmək, bununla da Hindistan və Azərbaycan arasında mədəni əlaqələri və xalqlararası dostluq münasibətlərini daha da möhkəmləndirmək istiqamətində səfirliyin fəaliyyətini davam etdirəcəyini bildirib.

Tamaşaçılar filmin ürəkaçan süjetindən, unudulmaz musiqilərindən, yadda qalan dialoqlarından və incə yumorundan böyük zövq alıblar. Xüsusilə Şahrux Xan və Kacolun yaddaqalan ifaları tamaşaçıların rəğbətini qazanıb. Bir sıra iştirakçılar filmin zamansız sevgi hekayəsinə və ümumbəşəri mesajlarına heyranlıqlarını ifadə edərək, Hindistan kinosunun sehrini Azərbaycan tamaşaçılarına belə gözəl və maraqlı şəkildə təqdim etdiyinə görə Səfirliyə minnətdarlıqlarını bildiriblər.

Film nümayişi zamanı qonaqlara Hindistan mətbəxinə məxsus xüsusi təamlar da təqdim olunub və bu, axşama Hindistan qonaqpərvərliyinin özünəməxsus ab-havasını qatıb. Tədbir azərbaycanlı tamaşaçılara Hindistanın kino irsinin parlaq nümunələrindən biri ilə tanış olmaq imkanı yaradıb və Hindistan ilə Azərbaycan arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Noyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri