Icma.az
close
up
RU
Laçına köç Böyük Qayıdışın mühüm mərhələsi olaraq Azərbaycanın gücünü göstərir ŞƏRH EDİLDİ

Laçına köç Böyük Qayıdışın mühüm mərhələsi olaraq Azərbaycanın gücünü göstərir ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Böyük Qayıdış proqramı Azərbaycanın dövlət siyasətində tarixi və strateji dönüş nöqtəsidir. Laçına həyata keçirilən son köç bu prosesin simvolik və praktik baxımdan ən mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Laçın həm strateji mövqeyinə, həm də işğaldan azad olunmuş torpaqlar arasında xüsusi yerinə görə ön plana çıxır: "Bu köç bir tərəfdən uzun illər doğma yurdundan uzaqda yaşayan insanların ata-baba torpaqlarına qayıdışını təmin etməklə sosial ədalətin bərpasına xidmət edir. Digər tərəfdən, dövlətin güclü siyasi iradəsinin və praktiki addımlarının göstəricisi kimi çıxış edir. İnsanların müasir infrastrukturla təmin olunmuş yeni yaşayış məntəqələrinə yerləşdirilməsi Azərbaycanın vətəndaşına verdiyi dəyərin ən bariz nümunəsidir. Strateji baxımdan isə Laçının bərpası və məskunlaşdırılması Azərbaycanın bölgədəki mövqeyini daha da gücləndirir. Qarabağın digər əraziləri ilə bağlantı, Zəngəzur dəhlizinə yaxınlıq və regional nəqliyyat xətlərinə çıxış baxımından Laçın xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın həm təhlükəsizlik, həm də iqtisadi perspektivlərini daha dayanıqlı edir.

Laçına köçün beynəlxalq müstəvidə də ciddi siyasi mesajı var. Bu addım göstərir ki, Azərbaycan yalnız hərbi qələbə ilə kifayətlənmir, eyni zamanda azad edilmiş torpaqlarda sülh, inkişaf və dayanıqlı yaşayış mühiti yaradır. Bu isə ölkəmizin regional liderlik mövqeyini daha da gücləndirir və gələcəkdə bölgədə sabitliyin əsas təminatçısı kimi rolunu möhkəmləndirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri