Icma.az
close
up
RU
“Kəlbəcərə ailələrin köçürülməsi Böyük Qayıdışın real mərhələyə keçdiyini göstərir” ŞƏRH EDİLDİ

“Kəlbəcərə ailələrin köçürülməsi Böyük Qayıdışın real mərhələyə keçdiyini göstərir” ŞƏRH EDİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Böyük Qayıdış” proqramı Azərbaycan dövlətinin son illərdə həyata keçirdiyi ən strateji və tarixi layihələrdən biridir. Bu proses təkcə insanların doğma torpaqlarına qayıdışı deyil, həm də regionun sosial, iqtisadi və siyasi həyatında yeni mərhələnin başlanğıcıdır. Kəlbəcərə ilk ailələrin köçürülməsi isə bu istiqamətdə atılan ən mühüm addımlardan biridir və artıq praktiki nəticələrin göz önünə çıxmasına şərait yaradır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Kəlbəcər Azərbaycanın ən çətin coğrafi ərazilərindən biridir. Burada məskunlaşma üçün yolların çəkilməsi, kommunikasiya xətlərinin qurulması, elektrik, su və qaz təchizatı ilə bağlı işlər böyük zəhmət tələb edir: "Son görülən işlər isə göstərir ki, dövlət bu istiqamətdə ciddi maliyyə və texniki resurslar səfərbər edib. Yolların bərpası, yeni yaşayış məhəllələrinin salınması və kəndlərin müasir tələblərə uyğun yenidən qurulması köç prosesini real və davamlı edir. İkincisi, ailələrin köçürülməsi təkcə humanitar yox, həm də strateji əhəmiyyət daşıyır. İnsanların bölgəyə qayıtması, orada normal həyatın bərpası və əhalinin yerləşdirilməsi Azərbaycanın ərazi bütövlüyünün praktiki təsdiqi deməkdir. Bu, beynəlxalq aləmdə də ciddi mesajdır: Azərbaycan işğaldan azad etdiyi ərazilərdə sadəcə hərbi mövcudluq nümayiş etdirmir, eyni zamanda sosial həyatın dirçəlişini təmin edir.

Üçüncüsü, “Böyük Qayıdış” proqramı yalnız məskunlaşmanı deyil, iqtisadi inkişafı da nəzərdə tutur. Kəlbəcərdə kənd təsərrüfatı, turizm və bərpa olunan enerji sahələrində geniş potensial var. Dövlətin gördüyü işlər bu imkanların reallaşdırılmasına yönəlib. Bu, gələcəkdə bölgənin iqtisadi cəhətdən özünü təmin edən və ölkə iqtisadiyyatına ciddi töhfə verən bir məkana çevriləcəyini göstərir.

Sosial baxımdan da bu prosesin böyük əhəmiyyəti var. Doğma torpaqlara qayıdan insanların psixoloji-mənəvi bağlılığı möhkəmlənir, həmçinin gələcək nəsillər üçün güclü vətənpərvərlik nümunəsi yaranır. Burada məskunlaşan ailələr yalnız öz həyatlarını qurmaqla kifayətlənməyəcək, həm də bölgədə yeni ictimai həyatın təməlini qoyacaqlar.

Nəhayət, Kəlbəcərə köçürülən ailələrin sayı hələlik çox olmasa da, bu, simvolik və strateji bir başlanğıcdır. İlk ailələrin yerləşməsi bölgədə sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunduğunu göstərir. Bu, həm bölgədə yaşayanlar, həm də qayıdışı gözləyən digər məcburi köçkünlər üçün güclü bir motivasiya amilidir. Ümumilikdə, Kəlbəcərə ailələrin köçürülməsi göstərir ki, Azərbaycan dövləti “Böyük Qayıdış”ı yalnız şüar səviyyəsində yox, real və davamlı bir proses kimi həyata keçirir. Bu, tədricən bütün Qarabağ və Şərqi Zəngəzur bölgələrində normal həyatın bərpa olunmasının əsasını qoyur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Avqust 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri