Laçındakı 2 KSES də istehsalın həcmi məlum olub
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarında (KSES) indiyədək 64 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
"Cebheinfo.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, “Mişni” və “Alxaslı” KSES-ləri 2023-cü il avqustun 25-də istismara verilib.
Ümumi gücü 8,25 MVt olmaqla hər biri 4,125 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Mişni” KSES-də istismara verildiyi tarixdən 38,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Ümumi gücü 6 MVt olan, hər biri 3 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Alxaslı” KSES-də isə istismara verildiyi tarixdən iyulun 1-dək 25,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
Qeyd edək ki, kiçik su elektrik stansiyalarında “yaşıl enerji” istehsal edilir.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Avqust 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















