Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Lahıcın küçələrində addımladıqca...

Lahıcın küçələrində addımladıqca...

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən media turun ikinci günündə İsmayıllının Lahıc qəsəbəsinə yollandıq. Lahıca daxil olduğumuz ilk andan qədim daş küçələr, tarixi tikililər və qəsəbənin özünəməxsus memarlıq üslubu diqqətimizi çəkdi. Bir qədər irəlilədikcə hiss edirsən ki, Lahıcı sadəcə gəzməklə tanımaq olmur.

Burada hər küçənin, hər daşın, hər emalatxananın öz hekayəsi var. Qoruq ərazisində həyata keçirilən bərpa-quruculuq işləri ilə bağlı məlumat aldıq. Qədim küçələr boyunca gəzərək Bədöyün məscidinə, Hacı Gəray bulağına və “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdik. Lahıcın tarixi ilə bağlı məlumatlar aldıqca qarşımızda yalnız keçmişə aid bir yaşayış məntəqəsi deyil, tarixi və ənənələri bu gün də qorunan canlı bir məkan canlanırdı.

Lahıcın ən böyük özəlliklərindən biri isə əsrlərdir yaşadılan sənətkarlıq ənənələridir. Bu ənənəni yaxından görmək üçün misgər Kəbləmi Əliyevin emalatxanasına baş çəkdik. Burada sənətkarın hazırladığı mis məmulatlarına baxdıq, onların hazırlanma qaydası ilə tanış olduq və misgərlik sənətinin incəlikləri barədə məlumat aldıq.

Emalatxanada gördüklərimiz bir daha göstərdi ki, Lahıcda misgərlik sadəcə keçmişdən qalan bir sənət deyil. Bu sənət bu gün də yaşayır, işlənir və nəsildən-nəslə ötürülür. 2015-ci ildə “Lahıc misgərlik sənəti”nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi də bu qədim sənətin dəyərinin beynəlxalq səviyyədə tanındığını göstərir.

Lahıcda yerli həyatın başqa bir tərəfi ilə də tanış olduq. Lahıc sakini Ağadadaş Abbasovun arıçılıq təsərrüfatında olduq. Balın ərsəyə gəlməsi, hazır məhsulun çeşidləri, keyfiyyəti və satış qiymətləri barədə məlumat aldıq. Burada da yerli əməyin və istehsalın qəsəbənin turizm imkanlarına necə əlavə rəng qatdığını görmək mümkün idi.

Lahıcda gəzdikcə bir məqam xüsusilə diqqətimizi çəkdi: burada turizm yalnız qədim tikililərə baxmaqdan ibarət deyil. Daş küçələr, sənətkar emalatxanaları, yerli təsərrüfatlar və insanların gündəlik zəhməti birlikdə qəsəbənin özünəməxsus simasını yaradır.

Bəlkə də Lahıcın cazibəsi məhz bundadır. Buraya gələn insan yalnız tarixlə tanış olmur. O, bir sənətin necə yaşadıldığını görür, yerli insanların əməyinə yaxından şahidlik edir, küçələrdə addımlayır və qəsəbənin gündəlik həyatına toxunur.
Media turun ilk günü də bu baxımdan maraqlı təəssüratlarla yadda qaldı. Qobustandakı “Diri Baba” türbəsini ziyarət etdik, daha sonra Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunda olduq. Basqalın tarixi küçələri, kəlağayı sənəti, yerli mətbəxi və burada yaradılan turizm imkanları ilə tanış olduq. 

Beləliklə, iki gün ərzində Azərbaycanın müxtəlif tarixi-mədəni məkanlarının turizm potensialını yaxından görmək imkanımız oldu. 

Burada tarixə sadəcə baxmırsan, onu küçələrdə görür, sənətkarın əlində hiss edir, yerli insanların həyatında izləyirsən. Bəzən bir məkanı tanımaq üçün onun haqqında uzun-uzadı danışmağa ehtiyac olmur. Bir neçə küçəsini gəzmək, bir emalatxanasına daxil olmaq, bir yerli insanın əməyinə şahidlik etmək kifayət edir.

Lahıcın öz səsi var. Onu eşitmək üçün ora səfər etmək lazımdır.

Pərvin Şakirqızı 
Moderator.az/ Redaktor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Oktyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see635

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see606

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see603

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see453

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see417

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see388

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see383

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see343

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see324

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see315

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see303

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri