Lalə Məmmədova türk dilində mahnı təqdim etdi
Icma.az, Olay.az portalına istinadən məlumat yayır.
Əməkdar artist Lalə Məmmədova yaradıcılığında növbəti yeniliyə imza atıb.
OLAY yazır ki, sənətçi "Günahlara boyanalımmı?" adlanan yeni mahnısını və ekran işini dinləyicilərin ixtiyarına verib.
Türk dilində ərsəyə gələn bəstə eksklüziv olaraq Türkiyənin məşhur "Kral FM" radiosunda səsləndirilib. Bu ekran işi sənətçinin yaxın zamanlarda işıq üzü görəcək yeni türkdilli albomunun ilk xəbərçisidir.
Mahnının sözləri türk yazar Aysel Enezə, musiqisi və aranjımanı isə Camal Qurbanova məxsusdur. Çəkiliş heyətində yer alan Ümit Tokat bundan əvvəl sənətçinin Türkiyədə lentə alınan "Gözümdə Leylisən", "Darıxmışam" və "Konum At" kliplərinin də icraçı prodüseri olub.
Klipin rejissoru Ramazan Arslankaya, quruluşçu operatoru isə Murat Tunceldir.
Sənətçinin obrazının hazırlanması üzərində peşəkar komanda çalışıb. Stilist Nərgiz Əşrəfzadə, geyimlərin müəllifləri isə modelyerlər Samirə İsmayılova və Nisə Əzizovadır. Müğənninin makiyajını Kamran Cabbarov, saç düzümünü isə Taner Özdemir hazırlayıb.
Sənətçinin mətbuat katibi Əli Hüseynovdur.
Sözügedən klip artıq müğənninin rəsmi yutub kanalında və rəqəmsal musiqi platformalarında yayımlanıb.
Baxış sayı:41
Bu xəbər 02 Oktyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















