Icma.az
close
up
RU
Lalə onları “Vətən xainləri” adlandırdı VİDEO

Lalə onları “Vətən xainləri” adlandırdı VİDEO

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

“Vətənimizin keşiyində duran əsgərlər var. Onlar bizi qoruyurlar. Biz də müğənnilər musiqinin keşikçiləriyik. Bütün bu baş verənlərin də bir adı var “Vətənə xəyanət”. Heç bir şeylə yaxın düşmür bizim oxuduğumuz və gördüyümüz işlər. Mən onlara “Vətən xainləri” deyirəm. Bu kobud da, sərt də səslənsə də amma belədir”.

Bu sözləri Əməkdar artist Lalə Məmmədova “Özəl” verilişində deyib.

Musiqi aləmində bayağılığa qarşı olan sənətçi bildirib ki, repertuarında təsadüfü mahnı yoxdur:

“Heç kimlə şəxsi ədavətim yoxdur. O bayağı mahnıları ifa edən ifaçıları görəndə onlardan özümə qarşı hörmətsiz davranış görmürəm. Amma mən əgər bu gün səhnədən və musiqidən danışıramsa hər halda ixtiyarım çatır... Hərdən uşaqlarıma da deyirəm ki, mənim repertuarımda təsadüfü mahnı tapmarsınız, çünki hamısını sevə-sevə və ruhum hiss edib oxumuşam”.

Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Noyabr 2024 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri