Icma.az
close
up
RU
8 Noyabr Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi

8 Noyabr Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 8 noyabr, AZƏRTAC

Tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır. Bu hadisələr bütöv bir xalqın taleyini, dövlətin gələcəyini və tarixdəki yerini müəyyən edir. 8 Noyabr Zəfəri də məhz belə tarixi hadisələrdəndir.

1918-ci il mayın 28-də Azərbaycan xalqı öz dövlət müstəqilliyini elan edərək müsəlman Şərqində ilk demokratik parlamentli respublikanı yaratdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. 2020-ci il noyabrın 8-də isə Azərbaycan xalqı tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Bu üç tarixi hadisə Azərbaycan dövlətçiliyinin bir-birini tamamlayan mühüm mərhələləridir. 1918-ci ildə müstəqil dövlət quruldu, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildi, 2020-ci ildə isə həmin müstəqilliyin və suverenliyin real gücü bütün dünyaya nümayiş etdirildi.

Məhz buna görə də 8 Noyabr Zəfəri öz tarixi və siyasi əhəmiyyətinə görə Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi və bərpası ilə müqayisə oluna biləcək qədər mühüm hadisədir. Bu Qələbə Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkəmizin siyasi tarixini, geosiyasi mövqeyini, Cənubi Qafqazda qüvvələr nisbətini və bütövlükdə regionun gələcək inkişaf perspektivlərini dəyişdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquqşünas, siyasi təhlilçi Polad Mehdiyev deyib.

O qeyd edib ki, 2020-ci ildə qazanılmış hərbi Qələbə 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin bütün ərazisində tam bərqərar edilməsi ilə öz siyasi-hüquqi tamamlanmasına çatdı. Beləliklə, Azərbaycan uzun illər qarşısında duran ən mühüm milli və dövlətçilik vəzifələrindən birini həyata keçirdi.

İlham Əliyev – tarixi Zəfərin memarı

“Tarixi qələbələr təsadüfən qazanılmır. Onların arxasında uzun illərin hazırlığı, strateji düşüncə, güclü dövlət institutları, düzgün siyasi qərarlar və milli birlik dayanır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə də məhz bu amillərin nəticəsidir.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası əsasında formalaşan siyasi və iqtisadi potensial Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da gücləndirildi. Müasir ordu quruculuğu, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın tarixi Qələbəsi üçün mühüm zəmin yaratdı.

Prezident İlham Əliyev həm müharibəyə qədərki hazırlıq mərhələsində, həm 44 günlük hərbi əməliyyatlar dövründə, həm də müharibədən sonrakı diplomatik və siyasi proseslərdə həlledici rəhbərlik nümayiş etdirdi. Onun Ali Baş Komandan kimi qəbul etdiyi strateji qərarlar, hərbi və diplomatik prosesləri əlaqələndirməsi, beynəlxalq təzyiqlər qarşısında nümayiş etdirdiyi qətiyyət və milli maraqlardan geri çəkilməyən siyasi mövqeyi Qələbənin əldə edilməsində mühüm rol oynadı. Bu baxımdan Prezident İlham Əliyev yalnız tarixi hərbi Qələbənin deyil, həm də Azərbaycanın müasir dövlətçilik tarixində formalaşmış yeni siyasi reallığın memarıdır”, - deyə hüquqşünas vurğulayıb.

Zəfərin yaratdığı yeni geosiyasi reallıq

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi Cənubi Qafqazın son onilliklərdə formalaşmış siyasi və təhlükəsizlik mənzərəsini əsaslı şəkildə dəyişdirdi. Uzun illər regionda mövcud olmuş status-kvo aradan qalxdı, Azərbaycanın artan siyasi və hərbi imkanları regional qüvvələr nisbətində yeni vəziyyət yaratdı. Bu Qələbənin ən mühüm siyasi nəticələrindən biri Azərbaycanın regionun gələcəyini müəyyən edən proseslərdə mövqeyinin əhəmiyyətli dərəcədə güclənməsidir.

Bu gün Cənubi Qafqazın təhlükəsizlik arxitekturası, nəqliyyat-kommunikasiya əlaqələri və iqtisadi inteqrasiya perspektivləri Azərbaycanın maraqları və mövqeyi nəzərə alınmadan müəyyən edilə bilməz. Eyni zamanda, Azərbaycanın artan geosiyasi çəkisi onun regiondan kənarda da diplomatik imkanlarını genişləndirir. Ölkəmiz enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri və dövlətlərarası əməkdaşlıq sahələrində daha əhəmiyyətli tərəfdaşa çevrilir.

“Zəfər Azərbaycanın qarşısında yalnız yeni imkanlar deyil, həm də yeni strateji vəzifələr qoyub. İşğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, dayanıqlı təhlükəsizlik mühitinin formalaşdırılması və regionda uzunmüddətli sülhün təmin edilməsi bu mərhələnin əsas prioritetləridir.

Əgər 1918-ci il Azərbaycan dövlətçiliyinin quruluşunu, 1991-ci il onun müstəqilliyinin bərpasını ifadə edirdisə, 8 Noyabr Zəfəri müstəqil Azərbaycan dövlətinin öz suveren hüquqlarını müdafiə etmək və milli maraqlarını təmin etmək qüdrətinin tarixi təsdiqi oldu.

Bu tarixi uğurun əsasında Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətli rəhbərliyi, Azərbaycan xalqının birliyi, Ordumuzun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin misilsiz şücaəti dayanır”, - deyən Polad Mehdiyev sonda bir daha vurğulayıb ki, 8 Noyabr Azərbaycan xalqının iradəsinin, dövlətimizin qüdrətinin və milli birliyimizin Zəfəridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri