Icma.az
close
up
RU
LAQEYDLİK , NİFRƏT... “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”

LAQEYDLİK , NİFRƏT... “Cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin...”

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ruslar həm ukraynalılara, həm də öz hökumətlərinə nifrət edir”

Açıq işğal, müharibə qaydalarının kobud şəkildə pozulması, dinc əhaliyə qarşı ağır silahlardan istifadə edilməsi və s. reallıqlarla üz-üzə qalan Ukrayna cəmiyyətinin artıq bir neçə ildir yaşadığı dəhşəti, Rusiya cəmiyyəti də, hələlik qismən də olsa, yaşamağa başlayıb. Ukraynanı bu ədalətsiz və amansız müharibə səbəbindən milyonlarla insan tərk etməli olub. Rusiyadan da kütləvi axın var. Hələlik bu, Ukraynadakı miqyaslara çatmasa da, hadisələr bu cür davam etsə, bir müddət sonra Rusiayadan da axının həmin miqyaslara çatacağını istisna etmək olmaz.

Digər yandan, ukraynalıların, necə deyərlər, getməyə yerləri vardı, Avropa və ABŞ onları pis-yaxşı qarşıladı, yerləşdirdi, təmin etdi və sair. “İzqoy” vəziyyətinə salınmış rusiyalıları isə heç də hər yerdə qucaq açıb gözləmirlər…

Tanınmış rusiyalı politoloq Andrey Kolesnikovun nüfuzlu “Neue Zürcher Zeitung” qəzetindəki yazısında bu mövzuya toxunulur və Rusiya cəmiyyətinin vəziyyəti təhlil edilir.

Müəllif yazır ki, “PUA-larla mühasirəyə alınmış” Moskva başda olmaqla, Rusiya şəhərlərində insanlar özlərini reallıqdan təcrid etməyə çalışırlar. Lakin bunun fonunda kollektiv narazılıq artır.

O qeyd edir ki, Rusiya cəmiyyəti tədricən hardasa uzaqdakı savaş statusundan çıxmış və gündəlik həyata nüfuz etməyə başlamış bir müharibədə yaşamağa öyrəşir: “Yay fəsli bunu xüsusilə nəzərə çarpdırır. Milyonlarla rus üçün bağ evləri əsas istirahət yeri olaraq qalır, lakin onların tanış şəhərdən kənar həyatı indi benzin çatışmazlığı, mobil telefon xidmətləri və internetdə kəsintilər, qiymətlərin artması, hava səyahətlərinə qoyulan məhdudiyyətlər və Ukrayna dronlarının müntəzəm hücumları ilə müşayiət olunur. Cəbhədən yüzlərlə kilometr aralıda belə, insanlar gecələr dronların səsinə oyanırlar. Buna baxmayaraq, ölkədə kütləvi panika yoxdur…”

Müəllifin fikrincə, Qərbin Rusiya cəmiyyətinin açıq üsyanın astanasında olması barədə təsəvvürləri yanlışdır: “Cəmiyyətin əsas reaksiyası laqeydlik və fatalizmin(qaçılmazlığın) kombinasiyasıdır. İnsanlar müharibə onlara şəxsən təsir edənə qədər baş verənlər haqda düşünməməyi üstün tuturlar. Yanacaqları tükənərsə, onu tapmağa çalışırlar. Rabitə əlaqəsi kəsilərsə, rabitənin işlədiyi bir yer axtarırlar. İnternet bağlanarsa, yeni VPN quraşdırırlar. Əgər bunlardan hansısa alınmırsa, bunu da sadəcə, növbəti narahatçılıq kimi qəbullanırlar.

Lakin bu, cəmiyyətin sakit olduğu anlamına gəlmir. Müharibə yorğunluğu tədricən qıcıqlanmaya çevrilir. İnsanlar həyatın çətinləşdiyini hiss edirlər, eyni zamanda baş verənlərə təsir etmək üçün praktik olaraq heç bir güclərinin olmadığını başa düşürlər. Buna görə də, onlar yeni şərtlərə uyğunlaşır, onları "yeni normallığın” növbəti mərhələsi kimi qəbul edirlər”.

“Cəmiyyəti nə rejimi müdafiə etməyə, nə də ona üsyan etməyə hazırdır”

hesab edir ki, bu gün Rusiya cəmiyyəti nə mövcud rejimi müdafiə etməyə can atır, nə də ona qarşı fəal mübarizə aparmağa hazırdır. Əgər rejim hakimiyyətdə qalarsa, insanlar uyğunlaşmağa davam edəcəklər. Əgər o, daxili səbəblərdən çökərsə, əksəriyyət də bu faktı sakitcə qəbul edəcək. Əsas strategiya kollektiv fəaliyyət deyil, fərdi yaşamdır.

Müəllif başqa bir paradoksu qeyd edir. Ənənəvi olaraq kollektivist hesab edilən bir ölkə olan Rusiya faktiki olaraq fərdiyyətçilər cəmiyyətinə çevrilib. İnsanlar dövlətə ümid və etibar etmirlər. Onlar Vətən və milli birlik haqqında rəsmi ritorikanı şifahi şəkildə dəstəkləyə bilərlər, amma praktikada dövlətin daim vətəndaşları aldatdığına və insanlara yalnız özlərinin həll etməli olduğu yeni problemlər yaratdığına əmindirlər.

Müəllif hesab edir ki, bu hisslər hətta Kremldə də başa düşülür. Məhz buna görə də hakimiyyət orqanları onsuz da zəifləmiş ictimai konsensusu tamamilə məhv etmək potensialından qorxaraq yeni açıq səfərbərlikdən yayınırlar və başqa üsullarla orduya əsgər toplamağa çalışırlar.

Kolesnikov ictimai psixologiyadakı dəyişikliyə xüsusi diqqət yetirir. Onun fikrincə, bir çox rusiyalı müharibədən o qədər bezib ki, müharibəyə tez bir zamanda son qoyacağına inandıqları istənilən qərarı dəstəkləməyə hazırdırlar. Hətta nüvə silahına əl atılmasını belə. Rusiyada keçirilən sorğularda bəzi sorğu iştirakçılarının taktiki nüvə silahlarının istifadəsini dəstəkləməsi də bununla izah olunur. Onların məntiqinə görə, belə bir zərbə Ukraynanı təslim olmağa məcbur edəcək, Qərb buna qarşılıqlı nüvə zərbəsi ilə cavab verməyəcək və nəticədə həyat normal vəziyyətinə qayıdacaq. Eyni zamanda, nüvə müharibəsi ehtimalı artıq eyni qorxunu doğurmur - onilliklər ərzində dövlət təbliğatı bu cür söhbətləri demək olar ki, adi hala gətirib.

Müəllif hesab edir ki, müharibənin əsas ziddiyyətlərindən biri onun Rusiyanı təhdidlərdən qorumaq şüarı altında başlaması, lakin bir neçə il sonra dronların müntəzəm olaraq Moskva və Sankt-Peterburq da daxil olmaqla Rusiya şəhərlərinə hücum etməsidir.

“Wildberries” anbarlarında, neft email zavodlarında böyük yanğınlar, itkilər və ətrafda kilometrlərlə uzanan qalın tüstü... Kolesnikov yazır ki, hətta bu hadisələr belə, qısa zamanda artıq “tanış şəhər mənzərəsi”nin bir hissəsinə çevrilir. Yaxınlıqda anbarlar yanarkən, insanlar uşaqları ilə gəzməyə, idman və istirahət etməyə davam edirlər. Hava limanları bağlansa və uçuşlar geciksə də, insanların əksəriyyəti sadəcə məhdudiyyətlərin aradan qaldırılmasını sakitcə gözləyir…

Müəllif rusların hazırkı əhval-ruhiyyəsini "cibdə gizlədilən orta barmaq işarəsi" kimi təsvir edən Nina Xruşşovadan sitat gətirir. O qeyd edir ki, cəmiyyətdə ciddi narazılıq mövcuddur, lakin bu, demək olar ki, heç vaxt açıq şəkildə ifadə olunmur: “İnsanlar zahiri sədaqət göstərə bilərlər, lakin daxildə hökumətə inamsızlıqla və qıcıqla ilə baxırlar”.

Müəllifin fikrincə, bu, xüsusilə Moskvadan kənarda nəzərə çarpır: “Əgər paytaxtda, laqeydlik psixoloji müdafiənin bir formasına çevrilibsə, regionlarda daha çox qəzəb və nifrət yayılıb - eyni zamanda ukraynalılara, hökumətə və baş verən hər şeyə qarşı. Amma orada belə, heç kim etirazların vəziyyəti ciddi şəkildə dəyişdirəcəyini gözləmir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri