Lassa qızdırması HƏYƏCAN TÖRƏDİR: Ölənlərin sayı 252 yə çatdı!
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Nigeriyada Lassa qızdırmasının yayılması ilə bağlı vəziyyət pisləşir. Ölkənin 36 ştatından 23-də xəstəlik halları aşkarlanıb.
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (NCDC) məlumatına görə, ilin əvvəlindən ölkədə 1 035 təsdiqlənmiş Lassa qızdırması hadisəsi qeydə alınıb, xəstəlikdən ölənlərin sayı isə 252-yə çatıb.
Qeyd olunur ki, Lassa qızdırması təsirlənmiş ştatlarda ciddi ictimai səhiyyə problemi olaraq qalır. NCDC xəstəliyə nəzarət və cavab tədbirlərini davam etdirir.
Ötən il Nigeriyada Lassa virusu səbəbindən 190 nəfər həyatını itirib.
Lassa qızdırması əsasən gəmiricilərlə təmas nəticəsində insana keçən virus infeksiyasıdır. Xəstəlik insandan insana da yayıla və ağır hallarda ölümcül hemorragik qızdırmaya səbəb ola bilər.
Xəstəlik Nigeriyadan başqa Mali, Toqo, Qana, Liberiya və Syerra-Leone kimi Afrika ölkələrində də müşahidə olunur. Lassa qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində aşkar edilib.
Hakimiyyət orqanları əhalini siçovul və digər gəmiricilərlə təmasdan çəkinməyə, yaşayış məntəqələrində gigiyena qaydalarına ciddi əməl etməyə çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 02 Sentyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















