Qrossidən İranla bağlı çağırış: Təcili həll edilməlidir
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bu məsələ təcili həll edilməlidir, İranın nüvə materiallarının harada olduğunu və ya başına nə gəldiyini bilmirik”.
Redaktor.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın nüvə materiallarına çıxışın olmamasından yaranan risklə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Yoxlamaların bərpası üçün yol tapmalıyıq. İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) üzvüdür və biz bu ölkənin nüvə obyektlərində yoxlamalar apara bilməliyik”, - o qeyd edib.
Qrossi İranın NPT-dən çıxması ehtimalı ilə bağlı suala cavabında isə bildirib ki, bu barədə qərar vermək İranın suveren hüququdur. Bununla belə, o, Tehranın müqavilədən çıxmasını ağıllı qərar hesab etmədiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 18 Noyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















