Latviya Ukrayna dronlarının düşdüyü neft bazasını bağlayacaq
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Latviyanın Rezekne şəhərindəki neft bazası, mayın 7-də ərazisinə Ukrayna pilotsuz uçuş aparatlarının düşməsindən sonra fəaliyyətini dayandırır. Bu barədə LSM dövlət teleradio portalı məlumat yayıb. Obyektin sahibi olan “East-West Transit” şirkətindən bildiriblər ki, əməkdaşların təhlükəsizliyinə zəmanət verə bilmirlər.
AzPost xəbər verir ki, dronların düşməsi nəticəsində dörd rezervuar zədələnib. Latviyanın sabiq müdafiə naziri Andris Sprudsın sözlərinə görə, pilotsuz uçuş aparatları, çox güman ki, Ukrayna tərəfindən Rusiya istiqamətinə yönləndirilibmiş. Rusiya Müdafiə Nazirliyi isə daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Sankt-Peterburq rayonundakı obyektlərə hücum cəhdi zamanı Latviya hava məkanında altı PUA-dan ibarət qrupun olması barədə məlumat vermişdi.
Hadisədən sonra Spruds istefa verib, ardınca isə, mayın 14-də Latviyanın Baş naziri Evika Silinya da istefa verdiyini bəyan edib. Bu hadisə ölkədə hökumət böhranına səbəb olub. Siyasi tərəfdaşlar hökumət başçısına olan etimadın itdiyini bildiriblər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 18 May 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















