Icma.az
close
up
RU
Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib Xəbər saytı Son xəbərlər və Hadisələr

Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Latviyadakı Səfirliyinin təşkilatçılığı ilə bu ilin yanvarın 20-də Riqa şəhərinin tarixi-memarlıq abidəsi olan Kiçik Gildiyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Əvvəlcə 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviyada yaşanan 20 Yanvar faciələrinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbərliyinin göstərişi ilə Sovet ordusunun Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi amansız qırğın barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovs çıxışında faciə qurbanlarının xatirəsinin qəlblərimizdə daim yaşayacağını diqqətə çatdırıb və 1991-ci ilin yanvarın 20-də Riqada baş verən faciə və "barrikadalar hərəkatı" barədə danışıb. O, hər iki ölkənin oxşar tarixi keçmişinin olduğunu, azadlıq uğrunda xalq hərəkatında fəallıq göstərən insanların qorxmayaraq Sovet ordusunun qarşısına əliyalın çıxdıqlarına diqqət çəkib və 20 Yanvar tarixinin iki ölkənin azadlıq uğrunda mübarizə simvoluna çevrildiyini qeyd edib.

O.Burovs həmçinin, Azərbaycan və Latviya arasında güclü əsaslara dayanan əlaqələrin mövcud olduğunu və 2024-cü ili may ayında Latviya Seyminin spikerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfəri çərçivəsində azad olunmuş əraziləri ziyarət etdiyini xatırladaraq, Azərbaycan Hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirdiyini söyləyib.

Anım tədbiri faciə qurbanlarının xatirəsinə həsr edilmiş klassik musiqi proqramı ilə davam edib. Latviya Milli Simfonik Orkestrinin musiqiçiləri Azərbaycan, Latviya və digər ölkələrin tanınmış bəstəkarlarının əsərlərini səsləndirib.

Tədbirdə Latviya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, diplomatik missiyaların rəhbərləri, akademik, dini və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində Qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi təşkil edilib.

Həmçinin qeyd edək ki, Azərbaycanın Latviyadakı Səfirliyinin qarşısında 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərdən ibarət guşə qurulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Yanvar 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri