Icma.az
close
up
RU
Latviyada fermerlərin yağışlarla bağlı itkiləri təqribən 93 milyon avrodur

Latviyada fermerlərin yağışlarla bağlı itkiləri təqribən 93 milyon avrodur

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 avqust, AZƏRTAC

Latviyada uzunsürən yağışlar nəticəsində ümumilikdə 79 min hektar əraziyə ziyan dəyib və ilkin məlumatlara görə, kənd təsərrüfatında ümumi itkilər təxminən 93 milyon avro dəyərində qiymətləndirilir.

AZƏRTAC Latviya Radio və Televiziyasının xəbər portalına istinadla xəbər verir ki, bunu Kənd Dəstəyi Xidmətinin (RSS) yağışlardan zərər çəkmiş ərazilər üzrə avqustun sonuna toplanmış məlumatları sübut edir.

Kənd Təsərrüfatı Nazirliyi Avropa Komissiyasının və digər üzv dövlətlərin diqqətini Latviyadakı xüsusilə əlverişsiz vəziyyətə yönəldib, yağışlı hava şəraitinin kənd təsərrüfatına əhəmiyyətli dərəcədə təsir göstərdiyini, hökumətin isə cari ilin 5 avqustundan 4 noyabr tarixinə kimi kənd təsərrüfatı sahəsində fövqəladə vəziyyət elan etdiyini bildirib.

Estoniya da bildirib ki, bu ölkədə 2025-ci ilin vegetasiya mövsümü həddindən artıq güclü yağıntı və dolu səbəbindən çətin olub. Respublikada vegetasiya dövründə (aprel-iyul) orta yağıntı normanın 134 faizini, bəzi ərazilərdə isə 170 faizini keçib. Estoniyalı fermerlər bir çox çətinliklərlə üzləşiblər - su basmış tarlalar, çətin əkin işləri, məhsulun uğursuzluğu, gec və ləng məhsul yığımı, xəstəliklərin və alaq otlarının kəskin şəkildə yayılması, payızlıq bitkilərin gec səpilməsi və sairə.

Estoniyanın Kənd Təsərrüfatı Naziri, həmçinin bu həftə Aİ-nin kənd təsərrüfatı və ərzaq üzrə komissarına məktub göndərərək, onu vəziyyətlə bağlı məlumatlandırıb və Avropa Komissiyasından fermerlərə aqrar ehtiyatlardan yardım göstərməyi xahiş edib.

Normadan artıq yağıntı Avropanın digər hissələrində – Danimarkada, Almaniyanın şimal və şimal-şərqində, Polşanın şimalında, Rumıniyanın şimal-mərkəzi hissəsində, İtaliyanın şimal və mərkəzi ərazisində, İspaniyanın Aralıq dənizi sahillərində də müşahidə olunub. Lakin iyulun 1-dən avqustun 16-dək Avropada hava şəraiti qeyri-bərabər olub. Pireney yarımadasının şimal-qərbində, Fransanın cənub-qərbində, Rumıniyanın cənubunda, Bolqarıstan və Yunanıstanın əksər hissəsində, Qara dənizin sahilyanı ərazilərində yağıntıların əhəmiyyətli dərəcədə azalması müşahidə olunub. Bu regionların bir çoxunda meşə yanğınları baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri