Icma.az
close
up
RU
Latviyada telekommunikasiyanın gələcəyini istiqamətləndirəcək strategiyalar müzakirə edilib AZƏRTAC

Latviyada telekommunikasiyanın gələcəyini istiqamətləndirəcək strategiyalar müzakirə edilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları Latviyanın paytaxtı Riqa şəhərində keçirilən Spektr üzrə Ekspertlərin İşçi Qrupunun (SEWG) görüşündə iştirak ediblər.

Agentlikdən AZƏRTAC-a verilən məlumata əsasən, sayca 18-ci olan bu tədbirdə müxtəlif ölkələrdən olan spektr tənzimləyiciləri, mühəndislər və beynəlxalq ekspertlər bir araya gələrək telekommunikasiyanın gələcəyini istiqamətləndirəcək önəmli qərar və strategiyaları müzakirə ediblər.

İKTA əməkdaşlarının da iştirak etdiyi müzakirələrdə Rəqəmsal Audio Yayımı (Digital Audio Broadcasting – DAB), DAB+ və Rəqəmsal Multimedia Yayımı (Digital Multimedia Broadcasting – DMB) texnologiyalarının müqayisəli texniki təhlili həyata keçirilib.

Toplantıda hər bir texnologiyanın imkanları müzakirə edilməklə yanaşı, spektrin səmərəli istifadəsi, şəbəkə resurslarının optimallaşdırılması, eləcə də Avropa Telekommunikasiya Standartları İnstitutu (ETSI) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) standartlarına uyğunluq məsələlərinə də diqqət yetirilib. Eyni zamanda, bu texnologiyaların fövqəladə hallar zamanı tətbiq imkanları və ictimai təhlükəsizlik sahəsindəki əhəmiyyəti haqqında da məruzələr dinlənib.

Görüşdə, həmçinin yeni radio texnologiyaları ilə bağlı görülən işlər, bu istiqamətdə standartların müəyyən edilməsi, 2027-ci il Ümumdünya Radiokommunikasiya Konfransına (WRC-27) hazırlıq çərçivəsində hədəflər nəzərdən keçirilib.

Tədbir iştirakçıları fikir mübadiləsini dəyirmi masa müzakirələri ilə davam etdiriblər. Bu görüşlərdə əsasən regiona aid aktual spektr məsələləri ətrafında danışıqlar aparılıb. Belə fikir mübadiləsi spektr idarəçiliyində vahid yanaşmanı gücləndirməklə, telekommunikasiya sahəsində yaranan ehtiyaclara cavab verən qabaqlayıcı tənzimləyici tədbirlərin əhəmiyyətini bir daha ortaya qoyur.

Qeyd olunub ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (tel ekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri