Latviyada rusların və belarusların daşınmaz əmlak almasını qadağan etmək istəyirlər AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 21 yanvar, AZƏRTAC
Latviyanın hakim sağ mərkəzçi “Yeni Birlik” Partiyası Seymə (parlament) Rusiya və Belarus vətəndaşlarına Baltikyanı respublikada daşınmaz əmlak almağı qadağan edən qanun layihəsi təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Bildirilir ki, qanun layihəsinin məqsədi “dövlət maraqlarına zidd olan təhlükəli fəaliyyətin və sanksiyalardan yayınmanın qarşısını almaqdır”. Qadağa Rusiya Federasiyası və Belarusda qeydiyyatdan keçmiş və ya təsisçiləri bu ölkələrin vətəndaşları olan hüquqi şəxslərə də şamil edilir. Lakin məhdudiyyətlər Avropa İttifaqının daimi sakini statusu olan və ya Latviyada daimi yaşamaq icazəsi almış şəxslərə təsir etməyəcək.
"Son illərdə biz Rusiya və Belarusun Latviyada öz xarici siyasət məqsədlərini həyata keçirmək və ya hibrid hücumlar təşkil etmək imkanlarını məhdudlaşdırmaqla, təhlükəsizliyi və milli suverenliyini gücləndirmək üçün məqsədyönlü işləyirik. Bu qanun layihəsi mümkün risklərdən qorunmağı təmin etmək istiqamətində daha bir addımdır”, - deyə hakim partiyanın parlament fraksiyasının rəhbəri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Yanvar 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















