Latviyada uşaqlara PUA dan istifadə qaydaları öyrədilir
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Latviya Gənclərin Müdafiə Mərkəzi yuxarı sinif şagirdlərinin PUA-ların (Pilotsuz Uçuş Aparatı - dron) idarəetmə prinsiplərini və NATO standartlarını öyrəndikləri 12 yay sessiyası təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat verib.
Mərkəzdən bildirilib ki, bu sessiyalar "yüksək tələbatla əlaqədar" təşkil olunub.
Xüsusilə, 11-ci sessiya 11-20 avqust tarixlərində Kuldiq diyarında baş tutub. 27 uşaq milli müdafiə proqramı üzrə təlim keçib. Avqustun 31-dək daha bir sessiyanın keçirilməsi planlaşdırılıb.
Qeyd olunur ki, 10 gün ərzində şagirdlər aeronavtika və meteorologiyanın əsaslarını, hava məkanının təsnifatını öyrəniblər, eləcə də Litva və NATO normativ sənədləri və əsas maskalanma prinsipləri ilə tanış olublar.
Uşaqlar, həmçinin "NATO fonetik əlifbası"nı da öyrəniblər ki, bu, Latın əlifbasının hərfləri və rəqəmləri üçün standart kod sözləri sistemidir. Hər bir işarəyə bir söz uyğun gəlir ki, bunu da radioəlaqə ilə asanlıqla başa düşmək mümkündür.
Düşərgələr dövlət orta məktəblərinin yuxarı sinif şagirdləri və ya texniki məktəblərin ilk üç kursları üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 21 Avqust 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















