Lautaro Martines İngiltərə nəhənginə keçir Fantastik məbləğ təklif olundu
Icma.az bildirir, Fanat portalına istinadən.
"İnter"in hücumçusu Lautaro Martines karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, Londonun "Arsenal" klubu argentinalı forvardı almağı hədəfləyir.
Bu barədə "Fichajes" məlumat yayıb. Mənbənin məlumatına görə, "Arsenal" onun keçidini bu yay reallaşdırmağa hazırlaşır. Alınsa, londonlular klub tarixinin transfer rekordunu qıracaq. Belə ki, İngiltərə nəhəngi Lautaroya görə "İnter"ə 120 milyon avrodan çox təklif edir.
Xatırladaq ki, qış "transfer pəncərəsi" zamanı “Arsenal” yeni forvard axtarışına çıxsa da, heç kimi ala bilməyib.
"Transfermarkt" futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.
27 yaşlı Lautaro Martines bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 06 Fevral 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















