Icma.az
close
up
RU
Lavrov ATƏTin fəaliyyətsizliyi haqqında çoxdan söylənilməli olan məqamları dilə gətirdi Açıqlama

Lavrov ATƏTin fəaliyyətsizliyi haqqında çoxdan söylənilməli olan məqamları dilə gətirdi Açıqlama

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qarşısına qoyduğu vəzifələr çərçivəsində ən azı müəyyən mənada faydalı ola biləcəyi sahələr qalmayıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasında çıxışı zamanı deyib.

Rusiya XİN başçısı vurğulayıb ki, 

elə bir sahə qalmayıb ki, ATƏT öz səlahiyyətləri çərçivəsində birbaşa suallara cavab tapmaqda ən kiçik də olsa faydalı rol oynaya bilsin. ATƏT daxilində real siyasətdə nə əməkdaşlığa, nə də təhlükəsizliyə yer qalmayıb. Qeyd edək ki, Lavrov Maltada ATƏT Nazirlər Şurasında Rusiya nümayəndə heyətinə rəhbərlik edir. Bu, Ukrayna müharibəsi başlayandan sonra Rusiya XİN başçısının Avropa İttifaqı ölkəsinə ilk səfəri olub.


Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a söyləyib ki, Sergey Lavrovun Maltada həyata keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər 2020-ci ildə cənab Prezident İlham Əliyevin açıqlamalarının təkrarıdır:


“2020-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının  (ATƏT) üzvləri gəlib prezident ilə görüşmək istəyəndə İlham Əliyev söylədi ki, "mən sizi görüşə çağırmamışan və fəaliyyətinizə ehtiyac yoxdur". Eyni zamanda ATƏT-in Minsk qrupunu heç bir fəaliyyət göstərməməkdə ittihan etdi. İndi də Lavrovun mətbuat konfransında ATƏT-in Minsk qrupu haqqında ittihamlar bir daha dilə gətirilib. Digər tərəfdən Lavrov çıxış etdiyi vaxt Ukrayna deleqasiyası məkanı tərk etdi ki, bu da Rusiyanın konfransda iştirakına protest idi. Amma Rusiya uzun illərdən bu yana Avropanın təşkil etdiyi bir konfransda iştirak etmək imkanı əldə etmişkən Avropanın qərarları və ATƏT-in fəaliyyətsizliyi haqqında çoxdan söylənilməsi lazım olan məqamları dilə gətirdi. Lavrovun danışmasında diqqət çəkən bir hissə isə Kosovanın müstəqillik qazanmasının xalqların şəxsi müqəddaratını bərpa etmək prinsipinə uyğun olaraq həyata keçirilməsini dilə gətirməsidir. İndiyə qədər heç bir xalqın şəxsi müqəddaratını təyin etmək hüququnu tanımayan Avropanın sadəcə Kosovanın bu hüququ əldə etdiyini vurğuladı və buna görə Qərbi ikili standartlarda ittiham etdi. Avropanın bir çox bölgəsində xalqlar müstəqillik istəyərək ayrılmaq niyyətindədir. Avropa isə öz maraqları çərçivəsində olan dövlətlərin torpaq bütünlüyünü qoyurur, marağında olmayan ölkələrin milli manafelərini heçə sayaraq tərkibindəki azlıqların suverenlik elan etməsini yardım göstərir. Eyni ikili prinsip Azərbaycan-Ermənistan münaqişəsində də özünü büruzə vermişdi. Avropa tərəfi Qarabağda yaşayan ermənilərin "milli mənafeyini qorumaq" məqsədilə "suveren" dövlət yaratmaq arzusunu həyata keçirməyə kömək edə bilərdi. Amma Azərbaycan təşəbbüsü ələ alaraq BMT-nin və ATƏT-in qərarlarını təkbaşına həyata keçirdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri