Lavrov BMT kürsüsündən Maduronun azad edilməsini TƏLƏB ETDİ
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının dərhal azad edilməsini tələb edir.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxış edərkən bəyan edib.
Diplomat kürsüdən etdiyi çıxışda:
"Bu ilin əvvəlində... ABŞ-nin Venesuelaya müdaxiləsi Prezident Maduro və həyat yoldaşının ələ keçirilməsi, onların məhkəməsiz şəkildə Amerika həbsxanasında saxlanılması ilə nəticələndi", – deyə bildirib.
O vurğulayıb ki, ABŞ-nin hərəkətləri ölkənin ali rəhbərliyinin toxunulmazlığını və immunitetini təmin edən beynəlxalq hüquq normalarını pozur.
XİN rəhbəri Venesuela siyasətçisinin azad edilməsi ilə yanaşı, gələcəkdə bu cür halların təkrarlanmasına yol verilməməsi çağırışını edib.
Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ Venesueladakı hərbi obyektlərə hava zərbələri endirib və quru əməliyyatı keçirərək Maduro ilə həyat yoldaşı Siliya Floresi həbs edib.
Onlar ABŞ-a aparılıb və orada dövlət başçısı narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığı ittihamları ilə məhkəmə qarşısına çıxarılıb. Maduronun ələ keçirilməsindən sonra ölkəyə vitse-prezident Delsi Rodriqes rəhbərlik edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 26 Sentyabr 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















