Lavrov Rusiyada miqrantlarla bağlı rejimin sərtləşməsindən danışdı
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əmək miqrantları üçün giriş rejiminin sərtləşdirilməsi Rusiyanın uzunmüddətli maraqlarına ziddir.
Ölkə.Az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Mərkəzi Asiya ölkələrindən, ilk növbədə Cənubi Qafqazdan və digər keçmiş respublikalardan olan əmək miqrantlarına münasibətimizi sərtləşdirməyimiz uzunmüddətli maraqlarımıza kömək etməyəcək. Bəli, təbii ki, nizam-intizam qorunmalıdır. Miqrantların gəldiyi bir sıra coğrafi istiqamətlərdə bir çox qanun pozuntuları qeydə alınıb”, - Lavrov qeyd edib.
Lavrov əlavə edib ki, bununla bağlı həyata keçirilən tədbirlər əmək miqrasiyasına maneələr yaratmaq deyil, nəzarəti gücləndirmək məqsədi daşıyır.
O, Rusiyanın ən yaxın müttəfiqləri ilə münasibətlərdə süni maneələr yaratmadan bu cür tədbirlərin həyata keçirilməsinin mümkünlüyünə əmin olduğunu bildirib.
Lavrov əmindir ki, həll yolu tapılacaq və bu, Rusiyanın müttəfiqləri ilə münasibətlərdə heç bir maneə yaratmayacaq.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 20 Fevral 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















