Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Gələn ay 30 manat yardım veriləcək

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Moskvadan İrəvana xəbərdarlıq və təhdid: Ermənistan seçim qarşısında

Moskvadan İrəvana xəbərdarlıq və təhdid: Ermənistan seçim qarşısında

Ayna saytına istinadən Icma.az xəbər verir.

Fikrət Sadıqov: “Rusiyanın Ermənistan qarşısında tələbi konkretdir: ya Avropaya üz tut, ya da olduğun yerdə, Moskvanın çətiri altında qal”

“Ermənistan Rusiya ilə bütün sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıqda maraqlıdır”. Bu sözləri dünən İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibdə görüşündə deyib. Nazir bildirilib ki, bu il martın 20-də iki ölkənin XİN-i arasında əməkdaşlıqla bağlı məsləhətləşmələr keçirilib: “Nazirliklər arasında növbəti məsləhətləşmələr baş tutub və konstruktiv şəkildə keçirilib. XİN-lər arasında yeni iki illik məsləhətləşmələr planı razılaşdırılıb və bu gün imzalanacaq. Humanitar əməkdaşlığın inkişafında müsbət dinamika var”.

Mirzoyan ümid etdiyini deyib ki, bu ilin sonuna planlaşdırılan Rusiyada Ermənistan Mədəniyyəti Günləri ikitərəfli əlaqələrin daha da intensivləşməsinə töhfə verəcək.

Rusiyanın baş diplomatının İrəvanda bəyanatları da diqqət çəkir. Lavrov sözlərində Ermənistana sanki xəbərdarlıq edib, İrəvanı Avropaya inteqrasiya siyasətindən əl çəkməyə çağırıb.

“Moskva Qərb rəsmilərinin hədələrinə baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyanın Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə şəxsi iştirakını yüksək qiymətləndirir” deyən Lavrov deyib ki, "bBiz təhlükəsizlik sahəsini birliyimizin ən mühüm ölçülərindən biri hesab etməyə davam edirik”.

“Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əlimizdən gələni etməyə hazırıq", - Rusiya XİN rəhbəri bildirib.

Lavrov qeyd edib ki, bu il Rusiya bazasının yerləşdirilməsinə dair sazişin imzalanmasının 30 illiyi, eləcə də Rusiya-Ermənistan Humanitar Mərkəzinin açılmasının 10 ili tamam olur. Nazir həmçinin əlavə edib ki, Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində erməni həmkarları ilə birgə xidmətini davam etdirirlər.

Rusiyalı nazir eyni zamanda, əlavə edib ki, Avrasiya İqtisadi İttifaqı qlobal bazarda baş verən təlatümlü hadisələr fonunda sabitlik və səmərəlilik nümayiş etdirərək getdikcə daha effektiv və özünü təmin edən olur. Onun sözlərinə görə, MDB platformasında əməkdaşlığın artırılması da aktual görünür.

“Müxtəlif inteqrasiya strukturlarından danışarkən, biz Ermənistanın həm ŞƏT çərçivəsində, həm də BRİKS-in himayəsi altında perspektivli proseslərə fəal qoşulmasında maraqlıyıq”, - deyə Lavrov fikrini yekunlaşdırıb.

Lavrovun İrəvanda verdiyi bəyanatlarla bağlı AYNA.AZ-ın suallarını cavablandıran politoloq Fikrət Sadıqov deyib ki, əvvəlcə Rusiya XİN başçısının Ermənistana səfərinin əsas səbəbinə baxmaq lazımdır:

- Əsas səbəb isə odur ki, Ermənistan Rusiyanın nəzarətindən çıxmaq, Rusiyadan uzaqlaşmaq yolunu tutur. Moskva isə bunun qarşısını almaq üçün hər cür addımlar atmaqdadır. Nəzərə almaq lazımdır ki, Ermənistan Parlamentində Avropa İttifaqına inteqrasiya və üzvlüklə bağlı sənəd qəbul olunub. Bu deməkdir ki, İrəvan Moskvadan uzaqlaşır, əlaqələri azaldır. Məlumdur ki, Ermənistanla Rusiya ilə hərbi-texniki əməkdaşlıq mövcuddur. Eyni zamanda, Ermənistan iqtisadiyyatının inkişafı Rusiya ilə bağlıdır. Unutmaq olmaz ki, Ermənistan Rusiyanın patronajlığındakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Gömrük İttifaqının üzvüdür. Rusiya çətiri altındakı təşkilatlarda olan Ermənistanın ondan uzaqlaşmasının qarşısını hər vəchlə almaq niyyətindədir. Lavrov İrəvana gəlməklə Ermənistan siyasi rəhbərliyinin diqqətinə bunları çatdırdı, bir növ xatırlatma etdi.

- Lavrov “Rusiya Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması üçün əlimizdən gələni etməyə hazırıq” deməklə nəyə işarə vurdu?

- Bu, əslində Moskvanın İrəvana xəbərdarlığı idi. Lavrov demək istədi ki, Ermənistan Avropaya inteqrasiya yolunu tutacaqsa, Rusiya nə kömək edəcək, nə arxasında dayanacaq, nə də təhlükəsizliyinə təminat verəcək. Rusiya mesaj verir ki, Ermənistanla müttəfiqliyə son vermək ehtimalı çoxdur. Ermənistanın Baş naziri dəfələrlə bildirib ki, Ermənistan Avropa İttifaqına üzv olmaq, Avropaya inteqrasiya etmək istəyir, amma Rusiya ilə də münasibətləri normal saxlamaq niyyətindədir. Rusiya tərəfindən də Ermənistana dəfələrlə xəbərdarlıq edilib ki, rəsmi İrəvanın iki stulda oturmaq istəyinin reallaşması mümkün deyil. Görürlər ki, Ermənistan bu xəbərdarlıqları anlamır. Sonda Lavrov şəxsən İrəvana gələrək xəbərdarlığını etmiş oldu. Rusiyanın Ermənistan qarşısında tələbi konkretdir: ya Avropaya üz tut, ya da olduğun yerdə, Moskvanın çətiri altında qal. Rusiya Ermənistanı başa salır ki, Avropaya inteqrasiya etdiyi təqdirdə İrəvan Moskva ilə münasibətlərini əvvəlki səviyyədə saxlaya bilməz, bu, mümkün deyil.  Yəni demək istəyirəm ki, Ermənistanın suverenliyi və ərazi bütövlüyü məsələsi ilə bağlı Lavrovun dedikləri İrəvana xəbərdarlıqdır. Yəni Avropaya inteqrasiya Ermənistanın suverenliyini itirməsi ilə nəticələnə bilər. Yoxsa indiki halda Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hansı təhdid var ki?!

- Amma Lavrov onu da dedi ki, Ermənistan hər zaman Rusiyanın dəstəyinə arxalana bilər. Bunu necə başa düşmək olar?

- Bəli, Lavrov bunu deyir, amma dediyim kimi, şərti var. Şərt də odur ki, Ermənistan Avropa İttifaqına inteqrasiyadan əl çəkməlidir.Rusiya Ermənistanın bu mesajlardan nəticə çıxarmasını və qərar qəbul etməsini istəyir. Məncə Lavrov bəyanatlarında kifayət qədər açıq ddanışdı. Xəbərdarlıq etdi ki, Moskva İrəvana dəstək verirsə, İrəvanın Brüsselə üz tutması, Avropaya yaxınlaşma siyasəti mənfi nəticələr doğura bilər. Dolayısı ilə Moskva İrəvanı təhdid etdi. İndi Ermənistan bundan hansı nəticəni çxıaracaq, İrəvanın gələcək addımlarına baxmaq lazımdır. Ermənistanın əslində seçim etməsi çətindir. Bir növ, İrəvan “aşağıda saqqal, yuxarıda bığ” məsəli qarşısındadır. Məlumdur ki, indiki Ermənistan hakimiyyəti Qərbə bağlı hakimiyyətdir və Avropaya inteqrasiya xəttini rəhbər tutur. Amma eyni zamanda, Ermənistana təzyiq etmək üçün, varlığını təhdid etmək üçün Rusiyanın kifayət qədər rıçaqları var.

Hesab edirəm ki, Ermənistanın əsas çıxış yolu Azərbaycanın sülhlə bağlı şərtlərini qəbul etmək, sülh sazişi imzalayaraq münasibətləri düzəltmək, paralel olaraq da Türkiyə ilə münasibətlərini normallaşdırmaqdan keçir. Ermənistan üçün təhlükəsizlik zəmanəti nə Avropadır, nə də Rusiya – Azərbaycan və Türkiyədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://ayna.az
archiveBu xəbər 22 May 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see396

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see215

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see122

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri