Icma.az
close
up
RU
Lavrovdan Qərbə xəbərdarlıq: “Rusiya istənilən vasitəyə əl atmağa hazırdır”

Lavrovdan Qərbə xəbərdarlıq: “Rusiya istənilən vasitəyə əl atmağa hazırdır”

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“London və Brüsseldəki bəzi şəxslər vəziyyəti “tam olaraq düzgün qiymətləndirmir”

“Rusiya Qərbin Ukraynada bizə strateji məğlubiyyət yaşatmasına imkan verməyəcək. Məğlub olmamaq üçün hər vasitədən istifadə etməyə hazırıq”. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

Nazirin sözlərinə görə, noyabrda “Oreşnik” ballistik raketi ilə Ukraynaya endirilən zərbə bu barədə xəbərdarlıq olub: "Bu hipersəs sistemi real şəraitdə sınaqdan keçirməklə çatdırmaq istədiyimiz mesaj odur ki, qanuni maraqlarımızı qorumaq üçün hər şeyi etməyə hazır olacağıq. Rusiya bu cür əlavə mesajlar göndərə bilər. Çünki London və Brüsseldəki bəzi şəxslər vəziyyəti tam olaraq düzgün qiymətləndirmir”.

Rusiya XİN rəhbəri həmçinin Qərbi “dünyada hegemonluğunu qorumaq” uğrunda mübarizə aparmaqda ittiham edib. Onun sözlərinə görə, , Rusiya isə öz təhlükəsizliyinin maraqlarını müdafiə edir və Ukraynada yaşayan insanlar üçün “mübarizə aparır”.

“Bizim Ukrayna xalqını məhv etmək niyyətimiz yoxdur. Onlar rus xalqı ilə qardaşdırlar”, - Lavrov bildirib.

Nazir qeyd edib ki, Qərb ölkələri BMT Nizamnaməsi və Ukraynanın ərazi bütövlüyünə hörmət əsasında Ukraynada müharibəyə son qoymağı təklif edi: “Deyirlər ki, Rusiya Ukraynadan çıxmalıdır. Bu, yanlış yanaşmadır. Xatırlatmaq istərdim ki, xalqların öz müqəddəratını təyinetmə hüququ var. Krım və Donbass sakinləri Ukraynaya qayıtmaq istəmirlər”.

Eyni zamanda, Lavrov qeyd edib ki, ABŞ açıq şəkildə və qapalı kanallar vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskinin “sülh formulu”nda, eləcə də onun “qələbə planında” israrlıdır: “Qərb Ukraynanın NATO-nun üzvü olmayacağına dair həm Rusiya, həm də Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş bağlamaq təklifimizi rədd etdi”.

“Rusiyanın müharibəni dayandırmaq üçün əsas tələbi dəyişməz olaraq qalır - Kiyevə kollektiv təhlükəsizlik zəmanəti müqabilində Ukraynanın bloksuz statusu. NATO üzvlüyü, hərbi baza və təlimlər ola bilməz”, - Lavrov vurğulayıb.

Nazir həmçinin əlavə edib ki, Moskva indi Ukraynanın işğal olunmuş dörd bölgəsini Rusiya kimi tanımaqda israrlıdır.

Eyni zamanda, Lavrov Ukrayna ilə bağlı sülh razılaşması olacağı təqdirdə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların götürülməsinə ümid etmədiyini deyib: “Sanksiyalar bizi daha da gücləndirir. Biz çox şey öyrəndik, iqtisadiyyat və siyasəti qarışdırmayan normal ölkələrlə əməkdaşlıq platformaları hazırlayırıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Dekabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri