Icma.az
close
up
RU
Lavrovun adından məktubu kim yazıb? (ŞƏRH)

Lavrovun adından məktubu kim yazıb? (ŞƏRH)

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Belə bir saxta məktubun ortaya çıxmasında Ermənistan, Ukrayna və başqa qüvvələr də maraqlı ola bilərlər. Məqsədləri də Bakı ilə Moskva arasında münasibətlərin korlanmasına nail olmaqdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Rusiya XİN-in öz şefləri Sergey Lavrovun Azərbaycanlı həmkarı Ceyhun Bayramova ünvanlandığı deyilən məktunun saxta olduğu barədə yaydığı bəyanatı şərh edərkən deyib:

"Rusiya XİNLavrovun Ceyhun Bayramova olan məktubunun saxta olduğunu, belə bir mətbutun yazılmadığını deyir. Həmin məktubda da Rusiya səmasının təhlükəsiz olmadığı iddia olunur. Hətta məktub saxta olsa da, Rusiya səmasının təhlükəsiz olmadığı artıq hamıya məlumdur. Ukrayna Rusiya səmasında  cəsarətli əməliyyatlar keçirir, bu ölkənin müxtəlif şəhərlərinə çoxsaylı pilotsuz uçuş aparatları ilə hücumlar edir, raket atır. Ən  böyük təhlükə isə pilotsuz uçuş aparatlarıdır. Aydındır ki, Rusiya səması təhlükəsiz deyil”. 


Ekspert qeyd edir ki, mövcud vəziyyətdən sui-istifadə edərək, müəyyən qüvvələr belə bir saxta məktubu ortaya atıblar:

"Son dövrlər Azərbaycanla Rusiya arasında münasibətlər kifayət qədər gərginləşib. Bunun əsas günahkarı də Rusiyadır. Aydın  olan məsələlərlə bağlı vaxtında üzr istəmədiyinə, müxtəlif yalan versiyaları ortaya atdığına görə, Azərbaycan hakimiyyəti kəskin etirazını bildirdi və tələb etdi ki, Moskva məsələnin araşdırılmasında əlindən gələni etməli və üzr istəməklə təzminat ödəməlidir. Cinayət törədən şəxslər də cəzalandırılmalı və beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir”.

Politoloq bildirir ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsini istəmir. A.Səmədov qeyd edir ki, Bakı ilə Moskva arasında gərginliyin yaranmasını ilk növbədə istəyən Ermənistandır:

"Rusiyadakı ermənipərəst və daim Azərbaycana düşmən mövqedə olan dairələr Bakı ilə Moskva arasında münasibətlərin pozulmasını çox arzulayırlar”. 

Azərbaycan kimi əhəmiyyətli dövlətin Moskva ilə münasibətlərinin pozulmasında ekspertin fikrincə, Ukrayna da müəyyən qədər maraqlıdır:

"Bu da Ukraynanın Rusiya ilə müharibə aparması ilə bağlıdır. Başqa maraqlı tərəflər də var. Ancaq Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi nə Bakı, nə də Moskvanın maraqlarına cavab vermədiyindən güman edirəm ki, bundan sonra Rusiya beynəlxalq hüququn tələblərinə əməl edərək, günahkarları cəzalandıracaq və üzr istəməklə təzminat ödəyəcək. Belə bir addım atılsa, münasibətlərimizin əvvəlki vəziyyətə qayıtması asan olacaq”. 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi nazir Sergey Lavrovun adından azərbaycanlı həmkarı Ceyhun Bayramova ünvanlanan məktubun saxta olduğunu barədə bəyanatla çıxış edib. "Sosial şəbəkələrdə Rusiya XİN rəhbəri S. Lavrovun adından Azərbaycan XİN rəhbəri C.Bayramova guya məktub ünvanlandığı barədə məlumat yayılıb. İngiliscə yazılan bu məktubda iddia edilir ki, guya bizim ölkə (Rusiya-red.) Rusiya səmasının təhlükəsiz istifadəsinə zəmanət verə bilmir. Bu kobud saxtakarlıqdır. Saxta müəlliflər adi bir poçt domenindən və adi bir e-poçt ünvanından göndərərək ona rəsmi atributlar verməkdən belə çəkinməyiblər. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri