Icma.az
close
up
RU
Lavrovun ikrah doğuran açıqlaması! Kreml bu ölkələri təhdid edir...

Lavrovun ikrah doğuran açıqlaması! Kreml bu ölkələri təhdid edir...

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə Qərb ölkələrini regionda qərarlarını diktə etmək üçün "Xəzər beşliyi"ni parçalamaq niyyətində olmaqda günahlandırıb. Onun sözlərinə görə, Qərbin yanaşması müstəmləkə, neokolonial siyasətin tamamilə birmənalı davamıdır: "Bunun mahiyyəti ondan ibarət idi ki, Qərb həmişə başqalarının hesabına yaşamaq istəyib. Eyni şeyi Xəzər regionunda da görürük. Qərb indi öz planlarını hazırlayır, "Xəzər beşliyini" parçalamağa və Xəzəryanı dövlətlərin konsensusundan faydalanmayacaq qərarlar qəbul etməyə çalışır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Kreml Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır: "Sergey Lavrovun açıqlaması məhz bundan xəbər verir. Rusiya rəsmiləri bir tərəfdən qonşu ölkələrin daxili işlərinə qarışmadıqlarını bəyan edir, digər tərəfdən isə Lavrov kimilərin açıqlamaları vasitəsilə bunun tərsini “sübut” edirlər. Lavrovun mesajı Qərbdən çox bölgə ölkələrinə ünvanlanıb, Xəzərə sahili olan Azərbaycanı, Qazaxıstanı və Türkmənistanı qorxutmaq məqsədi daşıyır.

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri qonşu ölkələrlə yanaşı ABŞ və Avropa İttifaqı ilə sıx əməkdaşlıqda maraqlıdırlar. Bu həmin dövlətlərin, o cümlədən Azərbaycanın təbii haqqıdır. Mərkəzi Asiya ölkələri ABŞ və Avropa İttifaqı ilə 5+1 formatında əməkdaşlıq edirlər. Bu formatda keçirilən görüşlərin sayı artıb. Bu Kremli narahat edir. Rusiyanın hakim dairələrində hesab edirlər ki, Vaşinqton və Brüssel bu yolla Cənubi Qafqazı və Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırlar. Burada həqiqət payı var. Vaşinqton və Brüssel istəmir ki, Rusiya qonşu ölkələrdə hegemon mövqelərə sahib olsun. Məsələ burasındadır ki, Cənubi Qafqza və Mərkəzi Asiyanın ölkələrinin özləri də Rusiyanın təsir alətlərindən qurtulmağa çalışırlar. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər. Bu isə Rusiyanın imperialist dairələrinin maraqlarına cavab vermir. Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyaya qonşu ölkələri Moskvadan məsafə saxlamağa məcbur edib".

Politoloq vurğulayıb ki, Sergey Lavrovun vurğuladığı “Xəzər beşliyi” dənizə sahil ölkələrin müxtəlif mövzular üzrə əməkdalığını ehtiva edir: "Bu siyasi və ya hərbi blok deyil ki, başqa bir dövlət bunu parçalamağa çalışsın. Lavrovun vurğuladığı “Xəzər beşliyinin” birliyinə zərər vuran varsa, bu elə ilk növbədə Rusiyadır. Azərbaycan Prezidenti İlham Əliyev Xəzərdə ekoloji vəziyyətin ağırlaşdığı barədə dəfələrlə açıqlama verib. Xəzər dənizinin su səviyyəsi ildən ilə azalır. Bunun isə əsas səbəbi Volqa çayından Xəzər dənizinə gələn su axınının süni surətdə azaldılmasıdır. Rusiya Volqa çayının sahilində elektrik stansiyaları tikib. Bu stansiyalar isə çayın Xəzərə axınının azalmasına səbəb olub. Bu baxımdan Xəzərdə su səviyyəsinin azalması Kremli o qədər də narahat etmir. Bunlar varkən, Lavrovun “Qərb Xəzər beşliyini parçalamağa çalışır” açıqlaması ikrah doğurur".

Gülxar,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 Dekabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri