Lazareva terrorçuların reyestrinə daxil edilməsi ilə bağlı zarafat edib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
İspaniyada yaşayan rusiyalı teleaparıcı Tatyana Lazareva terrorçu və ekstremistlərin reyestrinə salınmasını ələ salıb.
SİA-nın məlumatına görə, o, bu postu YouTube kanalında yayımlayıb.
Lazareva, nəvəsini qucağında tutduğu kanalda foto yayımlayıb.
…Sara Cessicanın sakit sifətinə baxsaq, o, hələ də onu qucağında tutan qadının bütün ölkə xalqı üçün təhlükə yaratdığından şübhələnmir, - teleaparıcı zarafatla deyib.
Daha əvvəl bildirilmişdi ki, Lazareva videonu Ukrayna bayrağı fonunda çəkib.
Teleaparıcı uşaq və yeniyetmələrlə bağlı verilişdə iştirak etdiyi Monteneqrodan İspaniyaya qayıtdıqdan sonra videonu lentə alıb.
Qeyd edək ki, Rosfinmonitorinq Lazarevanı 2024-cü ilin iyununda terrorçu və ekstremistlər siyahısına daxil edib.
Bundan bir qədər əvvəl aparıcıya qarşı terrora haqq qazandırdığı üçün cinayət işi açılıb. Daha sonra məhkəmə bu işə görə Lazarevanı qiyabi olaraq 6,5 il müddətinə azadlıqdan məhrum edib.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 08 Aprel 2025 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















