Icma.az
close
up
RU
​Lazer epilyasiyası xərçəng yaradır? AÇIQLAMA

​Lazer epilyasiyası xərçəng yaradır? AÇIQLAMA

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Lazer epilyasiyası günümüzdə geniş yayılmış kosmetik prosedurlardan biridir. Lakin son illər bu prosedurun sağlamlığa, xüsusilə də onkoloji xəstəliklərə təsiri ilə bağlı cəmiyyətdə müəyyən narahatlıqlar mövcuddur.

Sosial mediada tez-tez “lazer xərçəng yaradır” kimi iddialar səsləndirilir. Bəs bu iddiaların elmi əsası varmı?

Mövzu ilə bağlı onkoloq Afət Cabbarova Metbuat.az-a açıqlama verib. Onkoloq bildirib ki, lazer epilyasiyası birbaşa dəri xərçənginə və ya digər onkoloji xəstəliklərə səbəb olmur. Lakin prosedurun yanlış və nizamsız şəkildə aparılması müəyyən risklər yarada bilər:

“Lazer şüaları ionlaşdırıcı deyil, yəni hüceyrə DNT-sinə birbaşa təsir göstərmir. Buna görə də lazerin birbaşa xərçəng yaratdığı elmi olaraq sübut edilməyib. Amma prosedur düzgün icra olunmazsa, yəni dəri təkrarən yanığa məruz qalarsa, bu zaman xərçəng riski arta bilər. Söhbət lazerin öz təsirindən yox, dəridə yaranan təkrarlanan yanıq zədələrindən gedir. Bu tip xroniki dəri travmaları bəzi hallarda xərçəngə meyilliliyi artıra bilər".

Afət Cabbarova əlavə edib ki, xüsusilə açıq dərili insanlar yəni ağbəniz dərisi olan şəxslər lazer prosedurlarında daha diqqətli olmalıdır:

“Ağbəniz dərili şəxslərin dərisi daha həssasdır və bu zaman yanıq riski artır. Ona görə də bu tip dəriyə malik insanlar proseduru yalnız peşəkar mütəxəssislərə və sertifikatlı klinikalara etibar etməlidirlər".

Həkim onu da qeyd edib ki, lisenziyalı tibbi mərkəzlərdə və uyğun texnologiyalarla aparılan lazer epilyasiyası ümumilikdə təhlükəsiz sayılır, lakin hər halda fərdi dəri xüsusiyyətləri nəzərə alınmalıdır.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Avqust 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri