Icma.az
close
up
RU
“Lazeroloq üzümü yandırıb...” Foto

“Lazeroloq üzümü yandırıb...” Foto

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Gənclikdə yerləşən “Paris Beaute” Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır”. 

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Türkan Şirinova müraciət edib. 

Zərərçəkmişin sözlərinə görə, prosedur lazer mütəxəssisi Lyuba adlı xanım tərəfindən icra olunub: “Sözügedən salonda daha öncə başqa lazeroloq yanına gedirdim. Ancaq bu dəfə Lyuba adlı xanımın yanına yazıldım, onu tanımırdım, ilk dəfə idi. Bu da nəticəsi...”

T.Şirinovanın sözlərinə görə, üzü və boğaz nahiyəsi tamamilə yanıb: “Dərimdə hazırda güclü qızartı, yanma hissi və qabıqlanma müşahidə olunur. Prosedur iyulun 15-də olmuşdu. Bilmirəm ki, bunu necə etdi, neçə dərəcə ilə edib ki, hazırda bu durumdayam, heç bir fikrim yoxdur. Sadəcə prosedur zamanı hiss etdim ki, dərim yanır. 

Lazeroloq üzümü yandırıb sonra dedi ki, “belə hallar az da olsa, baş verir”. Həkimə getdikdə isə bildirildi ki, yanığın fərqli növüdür, hazırda müalicə alıram. Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz. Qeyri-peşəkarların salonlarda işləyərək insanların sağlamlığına zərər vurması qəbuledilməzdir”.

İddialarla bağlı “Paris Beauté” Estetik Mərkəzi ilə əlaqə saxladıq. Salondan cavab olaraq bildirildi ki, Azərbaycanda lazer proseduru olduğu müddətdə belə halların olması qaçılmazdır: “Digər lazeroloqların da başına bu hadisənin gəlməsi mümkündür. Buna səbəb odur ki, çox vaxt müştəri bizə düzgün məlumat vermir. Əvvəldən bildiririk ki, üzə mütləq SPF (-red Günəşdən Qorunma Faktoru- dərini günəş şüalarının zərərli təsirlərindən qoruyan qulluq vasitəsi) çəkilməlidir, günəş vannasından istifadə varsa, deyilməlidir. Bundan öncə bir müştərimizdə bu hal baş vermişdi. Sonradan məlum oldu ki, “zaqar” alıb, amma günahı bizdə görürdü. 

Mən demirəm ki, bu mövzu həmin şəxsə aiddir. T. Şirinovaya bildirdik ki, yaxınlaşsın mərkəzimizə və biz onu kosmetoloqumuza yönləndirək. Üz lazerini aşağı dərəcə ilə edirik, lakin SPF mütləqdir, bəzən allergiyalı da olur. Ancaq bu, üz dərisinin yanması deyil. Çünkü yananda üz belə olmur. Biz zəmanət vermirik, amma müştəri də gərək düzgün məlumat versin”.  

Fidan Etibar 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 İyul 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri