Icma.az
close
up
RU
Le Penin təhlükəli “sosial planı”

Le Penin təhlükəli “sosial planı”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Böyük vədlər özü ilə bərabər, kəskin münaqişə də gətirir

Fransada ifrat sağ “Milli Birlik” partiyasının lideri Marin Le Penin seçici bazasını genişləndirmək cəhdləri bir sıra problemlərlə üz-üzədir. Başqa sözlə desək, onun əsas tərəfdarlarını cəlb edən vədlər maliyyə intizamını müdafiə edən seçicilərdə narahatlıq yaradır.

2027-ci il prezident seçkiləri öncəsi ilk debatda Le Pen ölkənin büdcə kəsirini nəzarət altına almaq üçün genişmiqyaslı qənaət proqramı vəd edib. Bununla yanaşı, o, Prezident Emmanuel Makronun pensi­ya islahatının əsas elementlərindən birini ləğv edəcəyini və vətəndaşların yenidən 62 yaşda təqaüdə çıxmasını təmin edəcəyi­ni bildirib. “İnsanların nə deyəcəyini artıq eşidirəm. Bu, əlavə büdcə kəsiri deməkdir. Amma cəmiyyət olaraq etməli olduğumuz seçim budur və mən mövqeyimdə qalı­ram”,– deyə Le Pen Fransanın ən böyük biznes təşkilatı Medef tərəfindən təşkil olunan tədbirdə deyib.

Yeri gəlmişkən, Makronun 2023-cü ildə həyata keçirdiyi islahat nəticəsində pensiya yaşı 62-dən 64-ə qaldırıldı və hö­kumət bunu pensiya sisteminin maliyyə dayanıqlığını qorumaqla əsaslandırdı. La­kin həmkarlar ittifaqları və müxalifət isla­hata qarşı çıxaraq ölkə üzrə kütləvi tətillər və etiraz aksiyaları təşkil etdilər. Makron hökuməti qanunu parlamentdə səsverməyə çıxarmadan Konstitusiyanın 49.3-cü mad­dəsindən istifadə etməklə qəbul etdikdən sonra narazılıq daha da gücləndi. İndi Le Pen pensiya yaşını yenidən 62-yə endir­məyi vəd etməklə Makronun ən qalmaqallı islahatlarından birini geri çevirməyi təklif edir.

Seçki kampaniyasının fəal mərhələsi yaxınlaşdıqca bir çoxları Le Penin biznes dairələrinin və ənənəvi mərkəz-sağ seçi­cilərin dəstəyini qazanmaq üçün iqtisadi proqramına yenidən baxıb-baxmayacağı­nı müzakirə edir. Lakin o, büdcə intiza­mının öz əsas elektoratına verdiyi vədlər hesabına həyata keçirilməyəcəyini açıq şəkildə nümayiş etdirib. Onun yanaşma­sı siyasi baxımdan həm üstünlük, həm də risk yaradır. Pensiya vədlərinə sadiq qalmaq Le Penin əsas seçici bazasını qo­ruyub saxlasa da, lakin Yelisey sarayına gedən yolda ehtiyac duyacağı mərkəzçi seçiciləri qazanmaq bundan sonra xeyli çətinləşə bilər.

Fransanın dövlət maliyyəsi isə manevr imkanlarını xeyli məhdudlaşdırır. Ölkənin dövlət borcu ÜDM-in 117,5 faizinə çatıb, büdcə kəsiri Avropa İttifaqının müəyyən etdiyi həddən xeyli yüksək olaraq qalır və borclanma xərcləri sürətlə artır. Le Pen Medef debatında büdcə kəsirinin ÜDM-in 3 faizindən aşağı saxlanmasını nəzərdə tu­tan, Almaniyanın “borc əyləci” modelinə bənzər “qızıl qayda”nı dəstəklədiyini bil­dirib. O, həmçinin miqrasiya ilə bağlı xərc­lər, “faydasız” dövlət qurumları və Fransa­nın Aİ-yə ödədiyi vəsaitlər daxil olmaqla, təxminən 125 milyard avroya qənaət etmə­yi planlaşdırdığını açıqlayıb. 

Rəqibləri onun hesablamalarının re­allığa uyğun olmadığını düşünürlər. Res­publikaçılar Partiyasının namizədi Bruno Retayo Medef tədbirindən sonra jurna­listlərə “Marin Le Pen Fransanı iflasa sü­rükləyəcək” deyib. Mübahisələr Le Penin öz komandasında da özünü büruzə verir. O, iqtisadi proqramını təqdim etdiyi gün, partiyanın əsas iqtisadi müşavirlərindən biri olan Fransua Dürvyenin kampaniyanı tərk etdiyi məlum olub. Beş il ərzində qey­ri-rəsmi şəkildə Le Penə məsləhət verən Dürvye “Milli Birlik” ilə biznes dairələri arasında əlaqələrin qurulmasında mühüm rol oynayıb. Vurğulamaq yerinə düşər ki, müşavir iqtisadi məsələlərdə daha sərt maliyyə intizamını və liberal iqtisadi si­yasəti müdafiə edirdi. Həmin mövqe isə partiyanın ənənəvi populist xəttini qoru­maq istəyən köhnə qanadı ilə ziddiyyət təşkil edirdi. Dürvye eyni zamanda Milli Birliyin sədri Cordan Bardellanın xüsusi müşaviri idi. Bardella son illər partiyanı iqtisadi məsələlərdə mərkəzə yaxınlaşdır­mağa, o cümlədən Le Penin pensiya yaşı ilə bağlı mövqeyini yumşaltmağa çalışırdı. Dürvye ayrılığın detalları barədə danışmaq istəməsə də, həm şəxsi söhbətlərində, həm də ictimai çıxışlarında partiyanın son iqti­sadi mövqelərini biznes tərəfdaşları qarşı­sında müdafiə edə bilmədiyini bildirib.

Ümumiyyətlə, sorğular Le Penin ilk turda təxminən 35 faiz səslə lider olduğu­nu və ikinci turda da rəqiblərini məğlub etmək üçün əlverişli mövqedə dayandığı­nı göstərir. İqtisadi etibarlılıq baxımından o, 2017-ci illə müqayisədə xeyli irəliləyiş əldə edib. Həmin vaxt Emmanuel Makron onu televiziya debatında, Fransanı avrozo­nadan çıxarmaq planına görə sərt tənqid etmişdi. Keçən həftə dərc edilən “Odoxa” sorğusuna əsasən, respondentlərin 36 fai­zi Le Penin prezident seçiləcəyi təqdirdə sağlam iqtisadi siyasət yürüdəcəyinə inan­dığını bildirib. Bu göstərici sorğuda iştirak edən bütün namizədlər arasında ən yüksək nəticədir.

Bununla belə, rəqəmlər yenə də mürək­kəb mənzərə ortaya qoyur. Le Penə olan etimad əsasən “Milli Birlik” tərəfdarları­nın hesabına yüksəlir, mərkəzçi seçicilər daha ehtiyatlı mövqe sərgiləyirlər. Onun əsas mərkəzçi rəqibi, sabiq baş nazir Eduar Filip iqtisadi məsələlərdə daha geniş seçici dəstəyinə malikdir. Xarici ekspertlərin fik­rincə, ikinci turda məhz bu amil həlledici ola bilər. Çünki final mərhələdə namizəd­lər ilk turda onlara səs verməyən seçicilə­rin də dəstəyini qazanmalıdırlar. Üstəlik biznes yönümlü seçicilər hələ də Milli Bir­liyin Fransanın iqtisadi problemlərini həll etmək qabiliyyətinə şübhə ilə yanaşırlar. Bardella iqtisadi liberal seçicilərə yaxın­laşmağa çalışaraq biznes dünyasının göz­ləntilərini daha yaxşı anladığı təəssüratı yaratmışdı. Le Pen isə uzun illərdir Davos kimi qlobal platformalarda toplaşan elita­ları tənqid edən və qloballaşmanın səna­ye regionlarında yaratdığı problemlərdən zərər çəkən seçicilərin tərəfində dayanan siyasətçi kimi tanınır.

Fransanın əmək bazarı və pensiya si­yasəti üzrə tanınmış iqtisadçısı, “NEOMA Business School”un professoru və Pensiya İstiqamətləndirmə Şurasının (COR) sədri Gilbert Cette Le Penin pensiya islahatını əsaslandırmaq üçün irəli sürdüyü arqu­mentləri şübhə altına alır. O, hesab edir ki, Le Penin planına əsasən, xüsusilə gənc yaşda əmək fəaliyyətinə başlayan şəxslər daha erkən, bəzi hallarda 60 yaşında pensi­yaya çıxa biləcəklər: “Le Pen bu yanaşma­nı fiziki baxımdan ağır iş şəraitində çalışan insanların daha erkən yaşda əmək bazarına daxil olması ilə əlaqələndirir. Lakin gənc yaşda əmək fəaliyyətinə başlayanlar ara­sında müxtəlif sosial və peşə qruplarının nümayəndələri var. Onların hamısını ağır iş kateqoriyasına daxil etmək mümkün­süzdür. Məhz bu səbəbdən pensiya siste­mində əmək fəaliyyətinə başlama yaşı ilə işin fiziki ağırlığı arasında birbaşa əlaqə əsasında belə mexanizm indiyədək tətbiq edilməyib”.

Cette, həmçinin hesab edir ki, Le Penin planının maliyyə tərəfi də mübahisə doğu­rur: “O, pensiya yaşının aşağı salınmasının dövlət büdcəsinə illik təxminən 9 milyard avro başa gələcəyini hesablayır. Lakin “Institut Montaigne” daha yüksək rəqəm təqdim edir və bu dəyişikliklərin illik xər­cini təxminən 35 milyard avro qiymətlən­dirir. Belə olan halda, Le Penin hesabla­ması ilə müstəqil qiymətləndirmə arasında təxminən 26 milyard avroluq fərq yaranır”.

Nəzrin ELDARQIZI

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2026 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri