Leau: Qalatasaray da özümü evimdəki kimi hiss edirəm
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
"Qalatasaray"ın yeni vingeri Rafael Leau klubla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, ulduz oyunçu "sarı-qırmızılar"ın "YouTube" sosial şəbəkəsində sol cinah hücumçusu komanda barədə fikirlərini səsləndirib.
Onun açıqlaması belə olub:
“Qalatasaray” haqqında həmişə məlumatlı olmuşam. Böyük bir klubdur. Burada Droqba, Haci və Sneyder kimi böyük əfsanələr çıxış edib... Onlar klubun mədəniyyətini dəyişiblər. Bu komanda digər liqalardakı və UEFA Çempionlar Liqasındakı böyük rəqibləri məğlub etmək üçün qurulub. Fikrimcə, "Qalatsaray" həmişə ən yüksək səviyyədə fəaliyyət göstərib. Təklif gələndə "sarı-qırmızılar"ı təmsil etmək perspektivi məni çox həyəcanlandırdı. Ötən mövsüm “Liverpul”la oyunu izləmişdim. Mərhələni keçə bilməsək də, komanda çox yaxşı oyun nümayiş etdirmişdi. "Qalatasaray"ın oyun üslubu və azarkeşlərin dəstəyi mənə çox güclü təsir bağışladı. Bu klubu Çempionlar Liqasında təmsil edəcəyim üçün inanılmaz dərəcədə həyəcanlıyam. Bura gəlməzdən əvvəl Leroy Sane, Viktor Osimhen və Lukas Torreyra ilə söhbət etmişdim. Bir az türkcə öyrənməyə çalışıram, amma məşqçimiz italyanca danışa bilir və aramızdakı münasibət əladır. O, ilk gündən bəri bura keçidimlə bağlı mənə inam aşılayıb. Burada olduğum üçün xoşbəxtəm. Hər şey çox səmimi və mehriban idi. "Qalatasaray"da özümü evimdəki kimi hiss edirəm. Niyə 27 nömrəni seçdiyimi sizə sonra deyərəm (gülür). Amma mən 7 rəqəmi ilə əlaqəli bir şey istəyirdim. 7-ni çox sevirəm. Üç seçimim var idi: 10, 7 və 17... Amma 10 nömrə Leroyda idi. O, heyran olduğum bir oyunçudur. 10 nömrə doğru əllərdədir. Amma 27 nömrənin əhəmiyyətini sizə sonra izah edərəm".
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 07 Sentyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















