Lebron Ceymsdən yeni uğur
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"Los Anceles Leykers"in oyunçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, 39 yaşlı idmançı NBA tarixində 15000-dən çox məhsuldar atış edən ikinci basketbolçudur.
O, buna “Yuta”ya qalib gəldikləri (105:104) müntəzəm mövsümün qarşılaşmasında nail olub.
Təcrübəli oyunçu həmin görüşdə 27 xalla yadda qalıb.
Hazırda mütləq rekord Karim Abdul-Cabbara məxsusdur. Keçmiş basketbolçunun NBA-da 15837 cəhdi uğurlu alınıb.
Baxış sayı:97
Bu xəbər 02 Dekabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















