Lefke Avropa Universitetinin nümayəndələri ATMU da FOTO
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Lefke Avropa Universitetinin rektoru Prof.Dr. Mehmet Ali Yükselenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Turizm və Menecment Universitetini ziyarət edib.
"Unikal" xəbər verir ki, ATMU rektoru İlham Mədətov ali təhsil müəssisəsində tədris prosesi, beynəlxalq və ölkəiçi tədbirlərdə iştirak barədə qonaqlara ətraflı məlumat verib.
Söhbət əsnasında mümkün əməkdaşlıq imkanları, o cümlədən beynəlxalq təhsil, layihə və proqramların təşkili məsələləri əsas prioritet istiqamət kimi dəyərləndirilib. Lefke Avropa Universitetinin nümayəndələri öz növbəsində Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında mövcud olan ikitərəfli münasibətlərdən məmnunluqlarını bildirmişlər. Sonda xatirə şəkli çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 04 İyun 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















