Legion Hospitality barəsində qərar verildi Vergi borcu da var
Pravd.az-dan verilən məlumata görə, Icma.az xəbər verir Legion Hospitality barəsində qərar verildi Vergi borcu da var.
Yasamal Rayon Məhkəməsində "Legion Hospitality" MMC-yə yazılan inzibati protokola baxış iclası keçirilib.
Pravda.az-ın xəbərinə görə, hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən iclasda şirkətə cərimə cəzası kəsilib.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: 2022-ci ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 260020 AZN olan şirkətin qanuni təmsilçisi Rafael Tofiq oğlu Hacıyevdir. MMC-nin dövlətə 25 310 AZN borcu var.
Xəyal Quliyev
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)