Icma.az
close
up
RU
Legioner limitinin ləğvi nə vəd edir? Rüsumlarla bağlı qərar fəsadları sığortalayır

Legioner limitinin ləğvi nə vəd edir? Rüsumlarla bağlı qərar fəsadları sığortalayır

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

3 fevral 2025-ci il tarixində AFFA-nın inzibati binasında qurumun prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Toplantıda digər önəmli qərarlarla yanaşı, Azərbaycan Premyer Liqasında legioner oyunçulara tətbiq olunan limit də ləğv edildi. Limitin aradan qaldırılmasının ölkə futbolunun inkişafına nə dərəcədə töhfə verəcəyini təbii ki, zaman göstərəcək. İndilik hər şeyin uğurlu alınacağına ümid edə, bu yöndə müəyyən fikirlər səsləndirə, qərarın mənfi və müsbət tərəflərini ortaya çıxarmağa çalışa bilərik. 

Durumu rüsumlar sığortalayır 

İK-nın toplantısından öncə çoxları limit ləğv ediləndən sonra bütün elita komandalarının hərəyə 25 əcnəbi futbolçu ilə mübarizə aparacağını düşünürdü. Lakin qərarı nəzərdən keçirərkən rüsum məsələsinin vəziyyəti sığortaladığına şahidlik edirik. Yəni 14-cü əcnəbini sifariş edən klubun 1 gəlməyə görə 100 min avrö ödəmək məcburiyyəti çox şey deməkdir. 17-ci legionervə sonrakılar isə hər iştirakçıya 200 min avroya başa gələcək. Ölkə klublarının o qədər də böyük büdcə ilə mübarizə aparmadıqları faktdırsa, əcnəbi axınının qorxunc həddə çatmayacağı öncədən bəllidir.

Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.
Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.

Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.

Mümkün fəsadlar

"Şər deməsən, xeyir gəlməz" deyiminə uyğun olaraq, öncə limitin ləğvinin mümkün fəsadları haqda danışmaq daha uyğun sayılar. Legionerlərə meydan verilməsi böyük futbol ənənələri olmayan ölkənin yerli oyunçuları üçün bütün hallarda, əlavə çətinlik anlamındadır. Məlum məsələdir ki, gənc oyunçunun püxtələşməsi üçün forma şansı qazana bilməsi mütləqdir. Nəticə üçün çalışan mütəxəssisin orta səviyyəli legionerdən zəif olan yerliyə güvənməsi özünə problem yaratması anlamındadır. Düzdür, xüsusi istedadı ilə seçilənlərin "əcnəbi burulğanı"ndan üzüağ çıxmaq şansı yenə olacaq. Lakin oyun praktikasından əziyyət çəkən azərbaycanlının geriləməsi, özünəinamı itirməsi də yaxşı sonluq vəd etmir.

Tələb-təklif prinsipləri prizmasından baxsaq, haqqında söhbət açdığımız dəyişiklik futbol agentlərinə, yəni vasitəçilərə daha çox qazanmaq imkanı yaradır. Hə, məntiqlə, agentin gəlir götürməsinin futbolun ümumi inkişafına ciddi zərbə vurmaq ehtimalı nisbidir, amma mövcud vəziyyətdə bəzi məşqçilərin də manevr imkanlarının genişlənəcəyi şübhə doğurmur. Dəqiqləşdirsək, bir neçə azərbaycanlını meydana buraxmaq məcburiyyəti olmayan mütəxəssisin səlahiyyətləri də artmış hesab edilir. Başqa sözlə, yerli futbolçular birbaşa məşqçilərdən asılı vəziyyətə düşür. Məşqçilərin hamısının ədalətli davranacağına isə heç kim təminat verə bilməz. Səlahiyyətindən sui-istifadə edənləri, isti şəxsi münasibətlər fonunda hansısa yerlini oynadanları da görəcəyik, əksini də. 

Limitin ləğvindən sonrakı ilk mövsümdə daha çox 18-20 yaşlı gənclərin əlavə maneələr səbəbindən futboldan gedəcəkləri bəlli həqiqətdir. Yəni öz ölkəsində normal klubda çıxış edə, yaxşı maaş ala bilməyən orta statistik azərbaycanlı çıxış yolunu Latviya, Litva, Estoniya birinciliklərinə və ya buna bənzər çempionatlara, tutaq ki, Polşanın, Çexiyanın aşağı liqalarına üz tutmaqda görəcək. 1000-2000 avroya Litvada top qovan birinin vəziyyəti müsbətə doğru dəyişməsi isə  çox çətin məsələdir. Yalnız öz cibini güdən vasitəçiyə rast gəlsə, lap pis. Almaniyada dönər satan birinin ayda 3000-3500 avro qazandığını anlayan azərbaycanlı Estoniya çempionatının autsayderində 1500 avroya niyə oynasın ki?

Faydalı tərəfləri

Keyfiyyətli ifaçıların çoxluğu daha keyfiyyətli futbol deməkdir. Legioner limitinin ləğvi bu mənada çempionatın daha baxımlı olmasına şərait yaradacaq. Meydanda sərgilənən futbolun səviyyəsinin artması əlbəttə ki, kütləviləşməyə xidmət edir. Azərbaycan çempionatının matçlarını tribunlardan daha çox tamaşaçının seyr etməsinə nail olmaq vacib şətdir.

Böyük rəqabətdən qalib çıxmaq missiyası əsl futbolçuların işidir. Ölkəmizə legioner qismində təşrif buyuranlarla mövqe uğrunda rəqabəti udmaq peşəkar inkişaf baxımından əvəzsiz qazancdır. Sirr deyil ki, gələckdə yeni bacarıqlı adlarla da tanış olacağıq. 

Daha heç bir məşqçi rəhbərliyə hesabat verərkən limit üzündən istədiyini edə bilmədiyini söyləməyəcək. Mütəxəssislər bütün mövqelərdə rotasiyalar aparacaq, öz ideyalarını daha sərbəst şəkildə həyata keçirəcəklər. 

Avrokubok oyunlarındakı nəticələrə gəlincə, legioner sayının çoxluğu qitəmiqyaslı matçlarda da ölkə futbolunun işinə yarayacaq. Doğrudur, Avropa səhnəsində əvvəllər də hər hansı limit tətbiq edilməyib. Ancaq komandada neçə legionerin olması da önəmlidir. Bir var yalnız avrokubokları düşünərək əcnəbi transfer etmək və sonradan ehtiyatda qala biləcəyini düşünmək, bir də var bütün turnirlərdə istifadə edə biləcəyini anlayaraq gəlmə oyunçu transfer etmək. Fərq böyükdür, deyilmi?

Həmişə yerli oyunçuların qazandığı pulla ortaya qoyduğu futbolun uzlaşmadığından şikayətlənmişik. Bəli, legionerlərə limit tətbiq edilirsə, klublar 4,5, 6 yerli oynatmaq məcburiyyətində qalırsa, gənc azərbaycanlıların az əziyyət qarşılığında böyük qazanc əldə etmək istəyi ön plana çıxır. İndiki durumda isə daha çox qazanca layiq olduğunu düşünən ya zəhmət çəkib böyük rəqabətdən üzüağ çıxmalı, ya da parlaq karyeranı ölkə xaricində axtarmalıdır. Milli komandada möhkəmlənməyi hədəfləyənlərin yalnız Azərbaycan klublarında oynamasına nə ehtiyac var ki? Gürcüstan millisinin üzvlərinin neçəsi Gürcüstan çempionatında oynayır? 

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri