Icma.az
close
up
RU
Legioner limitinin ləğvinə qarşı çıxanlar çoxalır AFFA limiti dəyişmək istəyir, yerli məşqçilər narazılıq edir

Legioner limitinin ləğvinə qarşı çıxanlar çoxalır AFFA limiti dəyişmək istəyir, yerli məşqçilər narazılıq edir

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

1982-ci ildə keçirilən dünya çempionatından sonra Mərkəzi Komitədə SSRİ yığmasının çıxışı dəyərlərdirilir.  Məmurlardan biri göstərilən nəticəni biabırçılıq, rəzalət adlandırır. Yığmanı çalışdıran əfsanəvi Valeriy Lobanovski həmin adama cavab olaraq, onların işinə məmurların yox, futbol mütəxəssislərinin qiymət verməli olduğunu deyir. Ara qarışır, Lobanovski yığmadan qovulur, şəxsi işinə də "SSRİ yığmasında çalışmaq üçün uyğun olmayan mütəxəssis" qeydi yazılır. 

Bir neçə il sonra Lobanovski yığmaya qayıdır, SSRİ onun rəhbərliyi altında həm 1986-cı il dünya çempionatında, həm də 1988-ci ilin Avropa çempionatında yaxşı çıxış edir. Zaman göstərir ki, Lobanovski haqlı olur - futbol işinə qiyməti futbol mütəxəssisləri verməlidir. 

Hər nə qədər futbol siyasətə qarışmır deyilsə də, uzun illərdi bunun əksini görürük. Futbolumuzda da həmişə məmurlar olub, yenə də mövcuddular. Futbol adamlarının bu sahədən sıxışdırılıb çıxarılmasına səbəb də onlardı. Elə AFFA-nın İcraiyyə Komitəsində toplaşan şəxslərin əksəriyyəti futbol sahəsində mütəxəssis deyillər, məmurlardı. Amma iş elə gətirib ki, onların səs haqqı var. Məsələn, Qurban Qurbanov hansısa fikir yürüdəndə, İK üzvləri səs çoxluğu hesabına onun dediyinin əksinə qərar çıxarmaq səlahiyyətinə malikdilər. 

İcraiyyə Komitəsi üzvləri çox mühüm qərar vermək ərəfəsindədilər. Hazırda futbolumuzda əsas müzakirə mövzusu gələn mövsümdən legioner limitinin aradan qaldırılması ilə bağlıdır. Mətbuata sızan məlumatlara görə, AFFA rəhbərliyi limitin ləğv edilməsinə qərar verməkdə israrlıdır. 

Bu elə bir məsələdir ki, hansı qərarın futbolumuz üçün xeyirli olacağını əminliklə demək olmur. Legionerlərə olan limitin də müsbət və mənfi tərəfləri var, limitin ləğv olunmasının da. Hər iki qərarla bağlı tutarlı arqumentlər gətirmək olar. 

Müzakirələr qızışdıqca sırf mütəxəssislər arasında limitin ləğv olunmasına qarşı çıxanlar çoxalır. Mətbuata açıqlama verən Ayxan Abbasov, Azər Bağırov, Vaqif Cavadov, Elmar Baxşıyev, Cavid Hüseynov kimi Premyer Liqada komanda çalışdıran məşqçilər limitin ləğv olunmasının futbolumuzun zərərinə gedəcəyinə düşünürlər. 

Fikirlər haçalanır. Hərənin özünə görə haqlı olduğu məqamlar var. Lakin zaman dəyişsə də, həqiqət dəyişmir - futbol işinə qiyməti də, futbol barədə qərarları da bu sahənin mütəxəssisləri verməlidir. Belə əhəmiyyətli məsələdə məsuliyyəti İcraiyyə Komitəsi üzvlərinin ixtiyarına buraxmaq olmaz. Bir səhv qərar futbolumuzun daha 5-10 il geri düşməyinə səbəb ola bilər. 

Həmid

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Yanvar 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri