Icma.az
close
up
RU
Legioner rüsumu 50 min manat olsa...

Legioner rüsumu 50 min manat olsa...

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA İcraiyyə Komitəsinin gözlənilən toplantısı yubandıqca iclasın gündəliyində olacağı ehtimal edilən məsələlərin ictimaiyyətdə müzakirəsi geniş vüsət alıb. Qurumdaxili yoxlamaların bitməsini gözləyən rəhbərliyə bəlkə də sözügedən müzakirələr, təhlillər sərf edir. Çünki “çək-çevir"ə çıxarılacaq həmin təkliflər müzakirələrlə təkmilləşir. Son günlərdə legioner limitinin artmasına futbol ictimaiyyəti birmənalı yanaşmır. Kimisi yeni təklif olunan (8+3), kimisi də köhnə (7+4) variantı məqbul sayır. Bütün fikirlərdə haqlı nüanslar var. Hansı qərar qəbul olunacağından aslı olmayaraq, milli komandanın mənafeyi öndə tutulmalıdır. Limit dəyişəcəksə, dəyişsin! Dəyişiklikdən sonra Azərbaycan futbolunun, millilərin inkişafı üçün hansı qərarlar verilməlidir? 

Hər şeydən öncə qərarlar sərt olmalıdır. Heç bir  sponsorun etirazına, klubun “göz yaşı”na baxmadan yeni sistemə keçilməlidir. Zamanla təkmilləşmə və sistemin inkişafı yeni komandanın kadrlarından aslı olacaq. Hədəf, plan, əminlik varsa, yenilikdən, yenilənməkdən çəkinmək olmaz. Əgər limit dəyişikliyi vacibdirsə, onda ...

Rüsum 5 mindən 50 min manata qalxsın!

Məsələn, klublar hər əcnəbiyə görə Peşəkar Futbol Liqasına (PFL) rüsum ödəyirlər: 7 əcnəbinin hərəsinə 5 min, 8-12 gəlmə oyunçuya 10 min, 13 və daha çox legioner üçünsə 50 min manat ödəyirlər. 

Təklif etmək olar ki, rüsum artırılsın: hər əcnəbiyə görə 1 ilə 50 min manat. Ölkəsinin əsas və ya U-21 millisinin üzvləri "PFL vergisi"ndən azad olmalıdırlar. Bu məqamda da əlavə bəndlər işə düşməlidir ki, işbazlar vəziyyətdən yararlana bilməsinlər. Məsələn, son bir və ya iki ildə mütəmadi milliyə dəvət olunmuş futbolçulara görə pul ödənilməsin. Sözügedən bənd hazırda PFL-in əsasnaməsində əksini tapır. Belədə, klublar təyin olunmuş kvotaya görə milli üzvlərinə üstünlük verəcəklər ki, nəticədə də gəlmələrin keyfiyyəti artacaq. Yuxarıda qeyd etdiyim kimi, qərarlar mütləq sərt olmalıdır. Madam ki, Azərbaycan dövləti futbolun inkişafında maraqlıdır, klubların hər birinə 3 milyon manat (növbəti mövsüm 4 milyon olacağı da deyilir) yardım ayırır, bu maliyyə əcnəbiyə yox, yerli futbolçulara xərclənməlidir. Təsəvvür edin ki, təkcə “Kəpəz”də 6 ölkədən 9 legioner var. Azərbaycan futbolunun, azərbaycanlı futbolçuların, lap elə Gəncə futbolunun inkişafına ayrılan pul niyə Portuqaliya, Gürcüstan, Belarus, Nigeriya, Braziliya, Mali kimi ölkələrə getməlidir? 

Limitin dəyişdirilməsi imkanlı klublarımzın ürəyincə olsa da, tətbiq ediləcək yeni rüsum formatı, keyfiyəti ilə qiyməti tərs-mütənasib olan futbolçuların azalması ilə nəticələnəcək. Təsəvvür edin ki, bu qərarla Gəncə təmsilçisi və ya başqaları 70-80 hətta 100 minə legioner gətirmək sevdasından avtomatik vaz keçəcəklər. Düşünün, kimə sərf edər ki, 70-80 minlik futbolçuya 130 min versin? Məcburən yerli oyunçuların xidmətindən yararlanacaqlar. Əslində, bu tip klubların işi, hədəfi belə olmalıdır. Məhz bu zaman dövlətdən gələn maliyyə təyinatı üzrə xərclənər. 

Dövlətin yardımı necə xərclənməlidir? 

AFFA-nın əlində ciddi nəzarət mexanizmi olmalıdır. Əgər verilən qərarların effektini görmək istəyiriksə, maliyyə yardımının təyinatı üzrə xərclənməsi mütləqdir. Düzdür, əvvəlki illərdə ianənin bölgüsü klublara tələb kimi qoyulub. Məsələn, filan qədər uşaq futboluna, müəyyən faiz digər xərclərə, əsas komandaya təqribən bu qədər və sair. Təcrübə də göstərdi ki, nəzarət olmayanda klubların “nəzir qutusu” “otkat” mənbəyinə çevrilir. Təbii ki, büdcəsi böyük olan klublardan təyinatı üzrə xərclərin hesabatı istənilsə, rahatlıqla verə biləcəklər. Çünki  tələblərə az-çox böyük klublar cavab verir. Əsas pozuntu məhz dövlətin əlinə baxan, büdcəsinin 80-90 faizi 3 milyondan asılı olan klublardadır. Heç kim bu klublardan nə avrokuboklarda iştirak istəyir, nə də tələb edir. Məhz onların hədəfləri yerli futbolçular yetişdirmək, inkişaf etdirmək olmalıdır. Bu iş isə Azərbaycanı avrokuboklarda layiqincə təmsil etmək qədər şərəflidir. Legioner oynatmaq kiçik klubların nəyinə lazım? “Qəbələ” 11, “Kəpəz” 9 gəlmə ilə nə etdi? Məqsəd liqada qalmaq uğrunda mübarizədirsə, bunu yerlilərlə də etmək mümkündür. Demirəm ki, bu klubların iddiası olmasın. O vaxt olsun ki, məsələn, Azərbaycanın 3-cü böyük şəhəri sayılan Gəncə təmsilçisinə sponsor tapılır və deyir ki, üçünü dövlət edirsə, beşini də mən əlavə edirəm. O zaman niyə də olmasın? Gəncəyə, bölgələrimizə böyük futbol yaraşır. Bunun üçünsə öncə özümüz böyüməliyik. Öyrənməliyik, tətbiq etməliyik, qərar verməliyik!

Əli Sahib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://fanat.az
archiveBu xəbər 04 Noyabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri