Icma.az
close
up
RU
Lələkli qayda pozucusu: İsveçrədə ördək iki dəfə sürət həddini aşdığı üçün radara düşüb

Lələkli qayda pozucusu: İsveçrədə ördək iki dəfə sürət həddini aşdığı üçün radara düşüb

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsveçrənin Kenits kommunasında yol kamerası qeyri-adi bir yol hərəkəti qaydası pozuntusunu - sürət həddini aşan bir ördəyi qeydə alıb. Bu, ərazidə baş verən ilk belə hadisə deyil və həm yerli sakinlər, həm də səlahiyyətli şəxslər arasında xeyli təəccüb doğurub.

Oxu.Az xəbər verir ki, bu barədə "Berner Zeitung" nəşri məlumat yayıb.

Məlumata görə, qayda pozucusu olan ördəyin fotosu yerli hakimiyyət orqanları tərəfindən rəsmi şəkildə dərc edilib. Ördək 52 km/saat sürətlə uçub. Halbuki həmin ərazidə sürət həddi 30 km/saatdan artıq olmamalıdır. Beləliklə, o, icazə verilən limiti düz 22 km/saat keçib.

Bu hadisənin ən maraqlı tərəfi odur ki, məmurlar bunun təkrar oluna biləcəyini istisna etmirlər. Onların sözlərinə görə, eyni kameraya düz yeddi il əvvəl də oxşar bir quş düşmüş və o zaman da eyni sürətlə uçurmuş. Bu isə yerli ictimaiyyətdə "bu bir təsadüfdürmü, yoxsa bəzi ördəklər doğrudan da sürət həddini aşmağa meyillidir?" sualını doğurub.

"Polis müfəttişliyi əməkdaşlarımız 2025-ci il aprelin 13-nə aid görüntünü görəndə olduqca təəccübləndilər. Onlar dərhal yeddi il əvvəlki fotonu xatırladılar", - deyə icma nümayəndəsi Syuzanna Bandi bildirib.

Yerli sakinlər əvvəlcə fotoşəklin saxta olduğunu düşünüblər və səlahiyyətli şəxslərin açıqlamasını gecikmiş bir aprel zarafatı kimi qəbul ediblər. Lakin polis skeptikləri əmin edib ki, radar sistemində şəkillərlə manipulyasiya texniki cəhətdən mümkün deyil və bütün kameralar hər il İsveçrə Metrologiya İnstitutu tərəfindən ciddi yoxlamadan keçirilir.

Yerli polisin mətbuat katibinin sözlərinə görə, Vanqentalştrassda sürətə nəzarət kameralarının quraşdırıldığı ərazinin yaxınlığında bir neçə kiçik çay yerləşir və ördəklər bu məkanda özlərini evdəki kimi hiss edirlər.

"Əgər ördək sürücü olsaydı, ciddi şəkildə cərimələnəcəkdi. Hətta biz prokurorluğa ərizə təqdim etməli olardıq", - deyə Kenits Polis Müfəttişliyinin rəhbəri Sven Montqomeri bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 May 2025 05:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri