Icma.az
close
up
RU
Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Telman Orucov yazır

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Telman Orucov yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Kleopatra Misirdə hakimiyyəti oğlu Sezariona verməyə çalışırdı. B.e.ə. 31-ci ildə Yunanıstandakı Aktsium dəniz döyüşündə Antoninin və Kleopatranın donanmaları məğlub oldu. Antoni özünü b. e. ə. 30-cu ildə öldürdükdən sonra, Kleopatra da intihar vasitəsilə həyatdan getdi.

Oktavian Sezarın nəvə qohumu və rəsmi varisi idi, lakin o, hakimiyyətə sahib olmağı və onu qoruyub saxlamağı hər şeydən üstün tuturdu.

B.e.ə. 30-cu illərdə tək hakimiyyətliyə yiyələndikdən sonra, Sezarionun tapılıb öldürülməsi göstərişini verdi. Və b.e. 14-cü ilinə qədər 44 il ərzində printseps adı altında ilk Roma imperatoru oldu. O, həm də müqəddəs mənasını verən Avqust kimi məşhurlaşmışdı. Ondan sonra mənfur imperatorlar meydana gəldi, b.e. 180-ci ilinə kimi səkkiz onillik ərzində isə nəcib imperatorlar Romanı idarə etdi.

Yuli Sezar istedadlı sərkərdə və dövlət xadimi idi, lakin o, respublika Romasına yad olan çar olmaq eşqinə düşdükdə, respublika quruluşu tərəfdarlarının müqavimət gücünə inanmadığından sayıqlığını itirdi və həyatla vidalaşmalı oldu.

Sezar Qalliyada çox qan axıtmışdı, əsir götürdüyü qall sərkərdəsini öldürtmüşdü. Onların və vətəndaş müharibəsində həlak olan romalıların lənəti öz işini gördü. Özü kimi, tanımaq istəmədiyi bastard oğlu da həyatdan getdi. Sezarın saysız-hesabsız günahlarına görə onun heç bir cinayəti olmayan oğlu da anasına görə qurbana çevrildi.

Jak de Molenin lənəti qısa müddətdə həllini tapır

Tampliyer cəngavərlərinin (temple - "məbəd" deməkdir, fransız dilində "tampl" kimi tələffüz edilir, tampliyep isə "məbədlilər" deməkdir) böyük magistri Jak de Mole 1250-ci ildə anadan olmuşdu, ordenin 23-cü və axırıncı lideri idi. O, 1312-ci ilə kimi bu vəzifəni icra etmişdi. O, Tampliyer ordenini islahata uğratmaq istəyirdi, lakin Roma papası V Klement onu bu vəzifədən götürmüşdü.

Tampliyer ordeni olduqca güclü dini və hərbi təşkilat olmaqla, Səlib yürüşlərində iştirakdan böyük var-dövlət qazanmışdı. Fransaya qayıtdıqdan sonra orada və qonşu İspaniyada torpaqlar almağa başlamışdı və kral hakimiyyəti üçün ciddi təhlükəyə çevrilmişdi. Həm də Fransa kralı IV Filip ordendən böyük miqdarda borc pul almışdı. Ona borclu olmağına görə kral cəhd edirdi ki, ordeni parçalasın və borcu ödəməkdən imtina etsin.

Kral XIV əsrin əvvəllərində ordeni məhv etmək üçün, onun üzvlərinin təqibinə, dustaq edilməsinə başladı. Həbs edilənlər, onlardan saxta etiraflar alınması üçün işgəncələrə məruz qalırdı. 1307-ci ildə həbs edilən de Mole işgəncələrə dözməyib, ittihamda göstərilən günahlarını etiraf etməyə məcbur oldu. Sonralar Mole öz əvvəlki sözlərini dəyişib, ittihamlarda irəli sürülən günahları bütünlüklə rədd etdi. Kral vəziyyətin yaxşı olmadığını görüb, məhkəməni Sena çayındakı adaya, Notr-dam kilsəsinin qabaq tərəfinə köçürdü və məhkəmə Moleni tonqalda yandırılmaq cəzasına məhkum etdi. XIV əsrin sonunda isə Jak de Mole növbəti əfsanəvi  şəxsiyyətə çevrildi.

Hospitalyer ordeni də mövcud idi, onlar xəstəxananalarda xidmət göstərdiklərinə görə belə adlanırdılar, tampliyerlərə nisbətən Fransaya gec gəlmişdilər və kralın onları da həbs edəcəyindən qorxurdular. Axı tampliyerlərin həbsindən sonra, onların mülkiyyətləri də müsadirə edilmişdi.

De Mole kardinallar tərəfindən mühakimə edildikdə, o, 1307-ci ildə dediklərindən bütünlüklə imtina etdi. Lakin kralın məhkəməsi 1314-cü ildə onun tonqalda yandırılmaq hökmünü verdi. Baş magistrin öldürülməsi barədə xəbər bütün ölkəyə yayıldı.

Ən maraqlı cəhət edam olunan Jak de Molenin ölüm qabağı, ona haqsızlıq edənləri lənətləməsi idi. O, heç bir qorxu hiss etmədən ucadan dedi ki, Allah onlardan hökmən qisas alacaqdır. O, çəkinmədən Roma papası V Klementi də kral IV Filiplə birlikdə ittiham etdi. O dedi ki, sizin məhkəmə Yer üstündəkilər üçündür, həqiqət və onun barəsindəki mühakimə isə Göylərdəki Allahın əlindədir. Papanı xəbərdar etdi ki, o, və kral IV Filip bir ilin ərzində Allahın qarşısında öz cinayətlərinizə görə cavab verməli olacaqsınız.

Kral IV Filip və papa V Klementin hər ikisi Molenin edam edilməsinin bir ili içərisində öldülər. Klement 1314-cü ildə uzun müddət xəstə yatdı, Filip isə ov etdikdə ürək tutmasından öldü. Molenin edamından cəmi 14 il sonra 300 ildən bir az artıq ömür sürmüş Kapet sülaləsi iflasa uğradı. Axı de Mole təkcə kralı və papanı deyil, onların törəmələrini də lənətləmişdi. Kralın övladları və nəvələri çox qısa müddətdə hökmranlıq etdilər.

XX əsrin əvvəlində, 1913-cü ildə Rusiyada öz 300 illiyini təntənəli bayram edən Romanovlar sülaləsi də dörd il sonra süqut etdi. Kapet kimi Romanovlar da çox sayda haqsızlıqlar işlətmiş, günahsız insanların qanını axıtmışdı. Təkcə 9 yanvar 1905-ci ildə dinc mitinqə çıxmış adamlar gülləbaran edilmişdi.

Günahsız de Molenin edam etdirən kralın şəxsi ədalətsizliyi əsasında çox sayda bədbəxt hadisələr seriyası baş verdi. Lənətin belə reallaşmasını görəndən sonra, gəl onun gücünə və hökmən öz icrasını tapmasına inanma. Allah ona pənah gətirən və ondan mərhəmət uman bəndələrini müdafiəsiz qoymur və onlara qarşı ədalətsizlik edənlər, insanların həyatına zəhər qatan və onları məhv edən qəddar hökmdarlar barədə tez ya gec ədalətli hökmünü verməklə özünün müqayisəsiz qüdrətini bir daha insanlara göstərməklə, onları məhz mərhəmət qanadı altında saxladığına inandırır.

Digər bir maraqlı cəhət də ondan ibarətdir ki, Kapet sülaləsi tarixin arxivinə verilsə də, bütünlüklə yaddan çıxmadı, Böyük Fransa inqilabı düşmən saydığı kralı bu adla adlandırmağı məqbul saydı.

Dörd əsrdən də çox sonra Kapet sülaləsi yenidən yada düşdü. 1789-cu il iyulun 14-də qalib gələn Böyük Fransa burjua inqilabının tətbiq etdiyi qadağanlar hesabına kral XVI Lui və kraliça Mariya- Antuanetta artıq həmin titullarla deyil, vətəndaş Kapet və vətəndaş qadın Kapet  kimi adlanmalı idilər. Digər zadəgan titullarını ifadə edən adları dilə gətirmək də qadağan edildi. Hamı bir-birinə müraciət edərkən "vətəndaş" sözünü işlətməli idi. Devrilən kral XVI Lui Burbon sülaləsinə məxsus olsa da, onu yaddan çıxmış digər sülalənin adı ilə "vətəndaş Kapet" adlandırırdılar və məhkəmədə də hakim ona yalnız belə müraciət edirdi. Kral və kraliça sözünü işlədənlər cəzalanırdı. Robespyerin dediyi kimi, "inqilabın yaşaması üçün kral öldürülməli idi". Məhkəmə də kral və kraliça haqqında ölüm hökmü çıxardı və 1793-cü ilin yanvarında və oktyabrında, doqquz aylıq fasilə ilə kral XVI Lui və kraliça Mariya-Antuanetta İnqilab (indiki Konkord, bu söz "razılıq" deməkdir) meydanında gilyotina edildilər. Məhkəmənin saxta ittihamlara əsaslanması şübhə doğurmurdu.

İnqilab müharibələrdən daha böyük fəlakətdir, çünki o tarixin qanuni təkamül övladı olmayıb, hansısa ideya ilə süni qaydada mayalanan uşaq kimi doğulur. Bu uşaq özünün böyüməsi üçün keçmişi bütünlüklə inkar etməli, onun nümayəndələrini qırmaqdan çəkinməməlidir. İnsanın həyati orqanları qanla qidalandığı kimi, inqilab da qan axıtmaqla, düşmən saydıqlarını məhv etməklə cana dolmağa başlayır, bu yolla qüdrətli  varlığa çevrilir. İnqilab donanması təbii çaylarda üzməyi bacarmır, ona ayrılmış tarixi məsafəni qət etmək üçün qan çayında dolaşmaq lazımdır.

Müharibədə ordu döyüşdə düşmən silahlı qüvvələri ilə vuruşub, onu məhv etməyə çalışır. İnqilabın qələbəsindən sonra isə öz xalqının içindəki çox saydakı düşməni qırmağa girişməklə, vətəndaş müharibəsinə start verilir. Xalqın xeyli faydalı seqmenti bu dəhşətli toqquşmada məhv olur.

Lakin inqilab düşmən saydıqlarını qırdıqdan sonra bu qan axıtma mənbəyi xeyli kasadlaşır. Qan bazarında inqilabın tələbi böyük olduğu halda, düşmən adlandırdığı cəbhə düşərgəsindən gələn təklif azalır, kiçilir. Bu vaxt daim qana susayan inqilab öz balalarını yeməyə başlayır. Sinfi mübarizə artıq öz əvvəlki tərəfdarlarına qarşı yönəlir. Böyük Fransa inqilabından sonra başlanan Terror 1794-cü ildə görkəmli xadim Jortj Dantonu, bu terrorun təşəbbüskarı Maksimilian Robespyeri də məhv etdi.

Aşağı təbəqə də liderlərindən nümunə götürüb, nifrət hissini qızışdırırdı. Sankluyotların, bu sözün "gödək şalvarlılar" mənasına uyğun gələn qaydada, həmin paltarın ölçüsü kimi, ağılları da gödək idi və onlar elan edilən istənilən mənfur dalğaya həvəslə qoşulurdular. Kralı və kraliçanı ən eybəcər ifadələrlə təhqir etmək onların inqilabi natiqlik peşəsinə çevrilirdi. Terrordan xeyli sonra hakimiyyətə gələn Napoleon royalistlərlə yanaşı, inqilabçıları da təqib etməyə girişdi.

Rusiyada Oktyabr inqilabından sonra vəziyyət daha ağır şəkil aldı. 1918-ci ildə Vətəndaş müharibəsinin başlanması ilə "qırmızı terror" da işə düşdü. Bolşeviklərin yaratdığı ordu "ağlara" qalib gəldi. İnqilab rəhbəri Lenin düşmən adlandırdığı varlıları, din xadimlərini qırmağa, dar ağacından asmağa çağırırdı. Stalin isə ətalət qaydasında inqilab liderlərini məhv etmək kimi ağır vəzifəni həll etməyə girişdi. 1930-cu illərdə aparılan təmizləmələrdə Lenin qvardiyasının üzvü adlananlar bütünlüklə sıradan çıxdı. "Xalq düşməni" adı altında istənilən adamı məhv etmək mümkün oldu. Ölkənin məhsuldar qüvvələrinə, nəhəng canlı itki hesabına böyük ziyan dəydi. İnqilab adamlara xoşbəxt həyat bəxş etməyi vəd etsə də, milyonlarla ailələrin həyatına zəhər qatdı. İnqilab ağacı başqa dadda olan meyvə verə bilmirdi.

Kapet sülaləsinin yada salınması inqilab adlanan dəhşətlər mənbəyi barədə söhbətə də yol açdı. Ölümün obrazı olmadığına görə insanlar ondan ömür boyu davam edən üzücü qorxu hiss etmirlər. İnqilab adlanana yırtıcı Moloxun isə tarixdə qorxunc nümunələri olduğundan, onların baş verməsinə mümkün qədər mane olmaq lazımdır. Axı inqilab həqiqi düşməni unudub, xalqı parçalamaqla, onun ayrı-ayrı hissələrini bir-birinə düşmən edir, öz xalqının qanının axıdılması kimi iyrənc bir yol tutur.

Valua sülaləsinin sonunun bədbəxtlikləri

Valua sülaləsindən olan kral XII Lui öz ölümündən əvvəl 15 yaşındakı qızı Klaudinanı, onu kral taxt-tacında əvəz edəcək Fransiskə ərə vermişdi. O, hələ 1508-ci ildə taxt-taca çıxanda həmin öz əmisi oğluna hersoq titulunu vermişdi. Bu qərar Fransiskin kral kürsüsünə yiyələnməsi üçün, evlənməsi ilə bilikdə yaxşı zəmin yaratmışdı. Fransiskin gözlədiyini əldə etməsinə çox vaxt sərf olunmadı, 1515-ci ildə o, artıq I Fransisk adı altında Fransa kralı oldu. O, bundan əvvəl orduda xidmət etmiş, Milan hersoqluğunu işğal etmək üçün vuruşmuşdu. Lakin onun cəhdləri kral olduqdan sonra sərt müqavimətlə rastlaşmalı oldu. Kral Ferdinand öldükdən sonra, Niderlandda böyümüş və ona görə ispan dilini bilməyən nəvəsi Karl İspaniya taxt-tacına sahib oldu. O, V Karl adı altında 19 yaşında həm də Müqəddəs Roma imperiyasının imperatoru olmaqla böyük iqtisadi və hərbi qüdrətə yiyələndi. İspaniyanın var-dövləti olduqca böyük idi. Üstəlik, Vest İndiyadan ölkəyə gəmilərlə qızıl, gümüş yükü az sonra gəlməyə başladı.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İspaniya La Liqası: Atletiko qələbəni darmadağınla qazandı

11 May 2025 02:29see162

Ümummilli Lider Heydər Əliyevin 102 illiyi Lerikdə qeyd olunub FOTO

12 May 2025 02:02see151

İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi

11 May 2025 01:02see149

Batumi qaranlığa qərq oldu

10 May 2025 22:55see149

Beton maşını yoldan çıxdı: Əraziyə beton yayıldı VİDEO

11 May 2025 12:32see148

Prezident Ağdamda Çıxışın TAM MƏTNİ + FOTOLAR (Yenilənib)

11 May 2025 00:00see145

Messi həyat yoldaşından ayrılacaq?

11 May 2025 06:36see141

Vüsal İsgəndərlidən məhsuldar ötürmə

11 May 2025 01:47see140

Veneranın yeni sirləri planetoloqları çaşdırır...

10 May 2025 23:16see138

Stalin Avropaya hücuma hazırlaşırdı və...

12 May 2025 01:15see132

Ərdoğanla Putin telefonda danışdı Zelenskidən dərhal reaksiya gəldi: Hazıram

11 May 2025 22:17see129

Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bağdaddakı səfirliyimiz ziyarət edilib

11 May 2025 18:36see123

İqtisadçı: Mövcud vəziyyətdə siqaret qiymətləri bahalaşmamalıdır

11 May 2025 17:16see122

Makron Ukrayna planlarından danışıb

11 May 2025 18:45see117

Nigeriyada toqquşmalarda 23 nəfər öldü

12 May 2025 01:51see116

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib YENİLƏNİB

11 May 2025 14:17see115

MPL: Zirə də səfərdə sevindi, Neftçi də

12 May 2025 01:12see114

Bura o qədər də ciddi yanaşmırıq Qurban Qurbanov

12 May 2025 00:24see113

“El Klasiko”nu “Barselona” qazandı

12 May 2025 01:19see112

Əlaqələrimiz ən yüksək pillədə

12 May 2025 10:59see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri