Icma.az
close
up
RU
Oleq Belokolos: “Ruslar bunu artıq gizlədə bilməz...”

Oleq Belokolos: “Ruslar bunu artıq gizlədə bilməz...”

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hətta Putinin çevrəsində də müharibənin əleyhinə olanlar var...

...Və Putinin ən uzunmüddətli tərəfdaşlarından biri, Rusiya liderinin aparat rəhbərinin müavini Dmitri Kozak Ukraynaya genişmiqyaslı işğalın əleyhinə çıxış edib və fəlakətli nəticələr barədə xəbərdarlıq edib.

Maraqlıdır, Putinə bu qədər yaxın olan məmurların bəzi ruslardan fərqli olaraq, müharibə əleyhinə çıxış etməsi nə deməkdir?

SİA xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Kiyevdəki Milli Dayanıqlılıq Araşdırmaları Mərkəzinin direktoru, Ukraynanın Kanada və Keniyadakı səfirliyinin keçmiş müşaviri Oleq Belokolosla danışıb.

...Deməli, o deyir ki, Rusiyanın özündə daxili çətinliklər yığıldıqca biz iqtisadi vəziyyətin, demoqrafik problemlərin və işçi qüvvəsinin çatışmazlığının pisləşdiyini görürük. Üstəlik, bu gün ölkədə sürücülər, mühəndislər, tibb işçiləri çatışmazlığı var. Və bu gün bunu gizlətmək çətinləşir.

Üstəlik, miqrasiya gərginliyi də aktuallaşıb. Bütün bunlar cəmiyyətdə mövcud olan əhval-ruhiyyəyə təsir etməyə bilməz.

Aydındır ki, bütün bunlar hələlik heç bir şəkildə Kremlə təsir etmir..? Amma görünür, bu, Kremlin orbitində olan və bütün bunların heç yerə getmədiyini anlayan insanlara təsir edir.

Qonşu ilə uydurma bəhanələrlə açılan müharibə normal ölkənin maraqlarına tamamilə zərərlidir və gec-tez təcavüzkarın özü üçün iflasa uğrayacaq.

Ola bilsin ki, ağlı başında olan insanlar bunu başa düşürlər, lakin bu barədə ucadan danışmaqdan qorxurlar.

...Sual oluna bilər, Putinin çevrəsindən başqa kimlər üstüörtülü də olsa belə, anti-müharibə mövqeyini bölüşə bilər?

...Aydındır ki, iqtisadiyyatın fəaliyyətinin praktiki məsələləri ilə məşğul olan insanlar qeyd etdiyim çatları və tendensiyaları görürlər. Bunlar həm də tibblə əlaqəli insanlar ola bilər. Senzuraya baxmayaraq, informasiya regional mediaya sızmaqdadır.

Məsələn, bəzi xəstəxanaların kadr təminatının 50 faizə qədər azaldığı bildirilir. Bunu tamamilə gizlətmək mümkün deyil. Dövlət və ya dövlətə yaxın sistem daxilində praktiki idarəetmə ilə məşğul olanlar da var və onlar vəziyyəti yaxşı görürlər.

...Və burada başqa bir sual doğa bilər, görən, Putinin ətrafı onun mövqeyinə təsir edə bilərmi?

Deyim ki, Belokolos buna ehtimal görmür.

...Çünki Putin və onun yaxın çevrəsi özlərini qarşıdurma spiralına sürükləyiblər. Bu gün Rusiya tərəfində o qədər ölü var ki, geri dönə bilmirlər. Öz fikri olanlar 2022-ci ildən bəri gördüyümüz nümayişkaranə repressiyalardan vahiməyə düşür. Hər kəs anlayır ki, istənilən dissident dünyanın bu hissəsində həmişə mövcud olmuş ağılsız repressiya maşınının buxarının altına düşə bilər. Ona görə də düşünmürəm ki, Putinin ətrafı onun nöqteyi-nəzərinə hər hansı şəkildə təsir edə bilər.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Avqust 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri